
Azərbaycanın sərbəst güləşçisi Ruslan Abdullayev İspaniyanın Santyaqo de Kompostela şəhərində keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanıb.
"AVESTA.AZ"un məlumatına görə, 57 kq-da çıxış edən idmançı finalda moldovalı Anton Vlasla qarşılaşıb. Rəqibinə 10:0 hesabı ilə qalib gələn idmançı qitə çempionu olub.
Qeyd edək ki, bu gün həmçinin 70 kq-da Cavidan Əhmədov, 79 kq-da Sadiq Mustafazadə və 97 kq-da Zəfər Əliyev bürünc medal uğrunda görüşə çıxacaqlar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.