2-07-2023, 14:45 595

Fransada dövlət böhranı: Xaos, hərcmərclik, itaətsizlik pik həddə - ŞƏRH

Bəzi Avropa ölkələrinin, xüsusən də Fransanın 10 il bundan öncə ərəb ölkələrində təşkil etdiyi “ərəb baharı” hazırda Avropa İttifaqının düz mərkəzində, Fransada yaşanır. 17 yaşlı Naelin qətli ilə başlayan etiraz aksiyaları artıq bütün ölkəni bürüyüb. Təkcə ötən gecə Fransa polisi etiraz aksiyalarında iştirak edən 719 nəfəri saxlayıb, onlara qarşı zor və şiddət tətbiq edib. Vətəndaş-polis toqquşması zamanı 45 polis və jandarm yaralanıb.

Fransada fundamental hüquqlar ayaqlar altına atılır

Ölkədə baş verənlər artıq dövlət böhranı səviyyəsinə çatıb. Əsas şəhərlərdə idarəetmə iflic vəziyyətdədir. Hər gün daha da alovlanan və genişlənən etirazlar ölkədəki xaos və hərcmərcliyi daha da dərinləşdirir. Buna baxmayaraq, Fransa polisi öz vətəndaşı ilə amansız mübarizəsini davam etdirir. Lakin görünən odur ki, nümayişçilər öz haqlı tələblərindən əl çəkmək fikrində deyillər. Etirazçılar 17 yaşlı Naelin qətlinin ədalətli araşdırılmadığını deyirlər və bunun da əsas səbəbi onun ərəbəsilli olmasıdır.

Fransada irqi ayrı-seçkilik tarixən mövcud olub. Hazırkı iqtidar, yəni Emmanuel Makron hakimiyyəti dövründə isə bu yanaşma özünü daha qabarıq formada göstərməkdədir. O, nədənsə qeyri-fransızları 2-ci və ya 3-cü dərəcəli şəxslər kimi görür. Hazırda ölkədə baş verən proseslər də Makronun yarıtmaz siyasətinin bəhrəsidir. Bu gün Fransada insan haqları kütləvi şəkildə pozulmaqdadır. Dünyaya “demokratiya dərsi” keçməyə çalışan ölkənin özündə insanların fundamental hüquqları ayaqlar altına atılır.

Makron rejiminə itaətsizlik hökm sürür

Bu arada, bir məqama da diqqət çəkək; Fransanın artıq Afrikadakı müstəmləkələrindən qovulması prosesi gedir. Bu amil də Makron hakimiyyətinin qeyri-fransızlara qarşı aqressiyasını daha da artırır. Vaxtilə qul kimi Fransaya gətirilmiş afrikalıların, asiyalıların nəvə və nəticələri hazırda bu ölkədə yaşayırlar. Lakin Fransa hökuməti onları bu ölkənin əsl vətəndaşları kimi görmür, bir sözlə, “gəlmələri” hər addımbaşı aşağılayır, hüquqlarını tapdalayır.

Lakin bu gün Avropanın mərkəzində yaşanan olaylar göstərir ki, Fransada polis, dolayısı ilə Makron hökuməti etirazçılar qarşısında acizdir. Təsadüfi deyil ki, bu gün ölkədə başlıbaşınalıq, soyğunçuluq və qarət xəbərləri dünya mətbuatının da əsas gündəminə çevrilib. Müzakirə olunan əsas məqamlardan biri də odur ki, Fransada baş verən hadisələr Makronun diktator imicini bir az da gücləndirib. Məlumdur ki, Fransa iqtidarı 3 ildən çoxdur “sarı jiletlilər”in əlində əsir-yesirdir. Sonuncu pensiya islahatları da ölkədə ciddi etirazlara səbəb olub. Sosial problemlər hər gün daha da dərinləşməkdədir. Əlbəttə ki, bütün bunlar Fransanın dünyadakı nüfuzunu sürətlə yerlə-bir etməkdədir. Bunu görən və öz sosial həyatlarında hiss edən Fransa vətəndaşları isə kütləvi şəkildə Makron rejiminə itaətsizlik göstərirlər.

“Fransada etirazlar yalnız Makronun istefası ilə yekunlaşa bilər”

Baş verənlər bir daha göstərir ki, ölkəni diktatura üsulu ilə idarə edən Makron hakimiyyəti etimadını itirib. Dünya mediasında müzakirə olunan Fransa gündəminə nəzər saldıqda bəlli olur ki, beynəlxalq ekspertlərin yekdil rəyi belədir - “Fransada etirazlar yalnız Makronun istefası ilə yekunlaşa bilər”.

Yaxşı, Makron istefa verərsə, hər şey düzələcəkmi? Əlbəttə, bu barədə öncədən nəsə demək çətin olar. Lakin Makron rejiminin yarıtmaz idarəetmə üsulu, fiaskoya məhkum sosial siyasət strategiyası Fransanın yalnız bu gününü yox, eləcə də gələcəyini sual altında qoyur.

Sonda bir xatırlatma edək, Makron cari ilin yanvar ayında Yelisey sarayında Fransanın Erməni Təşkilatları Koordinasiya Şurasının həmsədri Murad Papazyanı qəbul etmişdi. O Papazyan ki, Fransada Azərbaycan əleyhinə təşkil olunan kampaniyaların əsas rəhbərlərindəndir. Makron məhz bu adama hesabatı zamanı Xankəndidəki erməniəsilli sakinlərin hüquqlarını qoruyacağını iddia etmişdi. Bəs, Fransa lideri hazırda öz ölksində pozulan fundamental hüquqlar barədə nə düşünür? Bəlkə, o da Papazyandan mədət umur?!

Paylaş

Xəbər lenti

Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: Ekspert mümkün riskləri sadaladı Bu gün, 00:48 Türkiyədə hərbi helikopter qəzaya uğradı: 5 hərbçi həlak oldu Dünən, 23:48 ABŞ-də kiberdələduzluq qurbanlarına 8 milyard dollar vəsait qaytarılıb Dünən, 23:48 İraq qanunsuz neft ixracı və fırıldaqçılıq səbəbindən 303 milyard dollar vəsait itirib Dünən, 23:48 Vaan Kostanyan: Ermənistan TRIPP çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlayacaq Dünən, 23:48 Daha bir məktəbə direktor təyin edildi Dünən, 23:48 Məşhur içki ilə bağlı XƏBƏRDARLIQ - Qaraciyər üçün təhlükəli ola bilər Dünən, 22:48 Bakıda topunun arxasınca qaçan 10 yaşlı qızı avtomobil vuraraq öldürdü Dünən, 22:48 Əməkdar müəllim vəfat etdi Dünən, 22:48 Bakıda şagirdlər arasında insident Dünən, 22:48 Avtobus səfərlərində çay, kofe, qəlyanaltı və Wi-Fi - Ekspertdən MARAQLI TƏKLİF Dünən, 22:48 "GTA VI" materiallarını oğurlayan 21 yaşlı haker məhkəmə zalından sərbəst buraxıldı Dünən, 22:48 Marneulidə MMA turniri keçirilib, Sənan Xəlilov çempion olub Dünən, 21:48 Kadırov müharibənin başa çatması üçün vaxt açıqladı Dünən, 21:48 Sabah 22 küçədə qaz olmayacaq - ÜNVANLAR Dünən, 21:48 Türkiyənin xüsusi nümayəndəsi: "Ermənistan Konstitusiyasında tarixi dəyişiklik edilir" Dünən, 21:48 Husilərin Ər-Riyadda maliyyə mərkəzinə hücumu nəticəsində 11 nəfər yaralanıb Dünən, 21:48 İki baş həkim vəzifəsindən azad edildi Dünən, 20:48 Yol polisi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib Dünən, 20:48 Pensiyalar gələn ilin yanvarından nə qədər artacaq? - YENİ AÇIQLAMA Dünən, 20:48 "Barselona"nın "Sabah" ilə oyunöncəsi açıq məşqi keçirilib Dünən, 20:48 "Barselona"nın baş məşqçisi: "Sabah" La Liqada çıxış etsə, ən yaxşı komandalardan biri olar" Dünən, 20:48 Qubada avtomobil piyadanı vuraraq öldürüb Dünən, 20:48 Tovuz Rayon Mərkəzi Xəstəxanasında xəstələrə dərman çatmır? - Rəsmi Dünən, 19:48 Kiçik Ayrım kəndi: Erməni mənbələrinin təsdiqlədiyi azərbaycanlı yurdu Dünən, 19:48 XİN rəhbəri: Yaxın Şərqdəki qeyri-müəyyənlik, Rusiya-Ukrayna münaqişəsi bizim üçün ciddi çağırışdır Dünən, 19:48 Kriştiano Ronaldunun Çində ilk muzeyi açıldı Dünən, 19:48 Dubaydan gələn sərnişin gömrük baxışından keçməkdən imtina etdi Dünən, 19:48 Bakıda və Abşeron yarımadasında küləyin sürəti 24 m/s-dir - Faktiki hava Dünən, 19:48 2027-ci ildə səyahət etmək üçün ən ucuz 9 ölkə Dünən, 18:48 Sabah 18 avtobus öz yolu ilə getməyəcək Dünən, 18:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Maka Boçorişvilini qəbuluna dair videoçarx paylaşılıb Dünən, 18:48 Ermənistan qarışdı: Bir gündə Azərbaycanın iki tələbi yerinə yetirildi Dünən, 18:48 Azərbaycan boksçusu ardıcıl üçüncü dəfə Avropa çempionu olub Dünən, 18:48 Bu rayonda 5 küçənin yolları TƏMİR OLUNACAQ Dünən, 18:48 Şəkərli diabet xəstələri üçün MÜJDƏ Dünən, 18:48 Hər gün istifadə etdilən ədviyyatla bağlı XƏBƏRDARLIQ - Tərkibində təhlükəli maddə ola bilər Dünən, 17:48 Hörmüz boğazında üç gəmi atəşə tutuldu Dünən, 17:48 Mətbuat Şurasından media qurumlarına və jurnalistlərə ÇAĞIRIŞ Dünən, 17:48 Azərbaycan və Gürcüstan arasında dini sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub Dünən, 17:48 Aylıq 445 manat ödəməklə MƏNZİL SAHİBİ ola bilərsiniz! Dünən, 17:48 Ayağı olmayan basketbolçu 11 zorlama ittihamı ilə üzləşib Dünən, 17:48 Torpaq sahəsi olanlara ŞAD XƏBƏR - Dəyişiklik edilir Dünən, 17:48 İranda müğənni hicabsız çıxışına görə 74 şallaq zərbəsi ilə cəzalandırılıb Dünən, 16:48 Uşaqlar dostlarını necə seçirlər? – Alimlərdən maraqlı araşdırma Dünən, 16:48 "Baku Steel Company" Azərbaycan-İtaliya Biznes Forumunda iştirak edib Dünən, 16:48 Azərbaycanda bu şəxslərə vergi güzəşti olacaq - ŞƏRTLƏR Dünən, 16:48 Nazirlik əhaliyə XƏBƏRDARLIQ ETDİ - Bu tarixdə telefonla danışmayın! Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR