
Şabranda qonşular arasında dava düşüb, ata və oğul döyülüb.
"Report"un Şimal bürosunun məlumatına görə, hadisə şəhərin Məhəmməd Əsədov küçəsində qeydə alınıb.
Belə ki, Şabran rayon sakinləri - 1972-ci il təvəllüdlü Əmrəliyev Mehman Əmrəli oğlu və onun oğlu, 1996-cı il təvəllüdlü Rzayev Əmralı Mehman oğlu mübahisə zəminində qonşuları tərəfindən döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Zərərçəkmişlər xəstəxanaya çatdırılıb, onlara ilkin tibbi yardım göstərilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.