6-07-2023, 11:54 522

MM Azərbaycanda yerli bankların filiallarının açılmasına dair tələblərin dəyişdirilməsini son oxunuşda təsdiqləyib

Azərbaycanda yerli bankların filiallarının açılmasına dair tələblər dəyişdirilir.

"Report"un xəbərinə görə, bu, parlamentin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Banklar haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, yerli bank bu qanunun tələbləri nəzərə alınmaqla filial, şöbə və nümayəndəlik açmaqda sərbəstdir. Məcmu kapital, kapital adekvatlığı və likvidlik normativlərinə cavab verən, filiallar üzrə daxili nəzarət sisteminə malik olan bank filial, şöbə və nümayəndəlik aça bilər. Filial və şöbədə nağd pul saxlancı Mərkəzi Bankın müvafiq normativ xarakterli aktının tələblərinə uyğun olmalı, habelə filial və şöbələrdə aparılan əməliyyatlar haqqında məlumatların real vaxt rejimində banka ötürülməsi üçün informasiya sistemləri mövcud olmalıdır.

Yerli bankların şöbələrinin fəaliyyəti ilə bağlı şərtlər və tələblər Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilir. Yerli bank yerli filial, şöbə və ya nümayəndəliyin açılması barədə qərarın qəbul edildiyi tarixdən 7 iş günü müddətində Mərkəzi Banka yazılı bildiriş göndərir. Bildirişə filial, şöbə və ya nümayəndəlik açmaq barədə bankın səlahiyyətli idarəetmə orqanı tərəfindən qəbul edilmiş qərarın təsdiqlənmiş surəti, habelə filial, şöbə və ya nümayəndəliyin inzibatçıları barədə bu qanunda göstərilən sənəd və məlumatlar əlavə olunur. Bildirişdə filial, şöbə və ya nümayəndəliyin ünvanı, fəaliyyətə başlaması vaxtı, habelə inzibatçıları barədə bu qanunda göstərilən məlumat əks etdirilir.

Mərkəzi Bank tərəfindən 14 təqvim günü ərzində bildirişə münasibət bildirilmədikdə və ya bank tərəfindən yerli filialın, şöbənin və ya nümayəndəliyin açılması üçün bu Qanunla nəzərdə tutulmuş tələblərə riayət edilməməsi və ya banka qarşı tətbiq edilən təsir (təshih) tədbirlərinə əməl edilməməsi ilə bağlı banka yazılı məlumat göndərilmədikdə müvafiq yerli filial, şöbə və ya nümayəndəlik fəaliyyətə başlaya bilər. Yerli bank xarici filialını və ya nümayəndəliyini açmağa icazə almaq üçün Mərkəzi Banka yazılı müraciət etməlidir.

Hazırda qüvvədə olan qanuna görə, maliyyə bazarlarına nəzarət orqanının icazəsi olmadan yerli bank filial, şöbə və nümayəndəlik aça bilməz. Yerli bankların şöbələrinin və yerli nümayəndəliklərinin açılması üçün icazə alınması və icazənin ləğv edilməsi qaydaları, habelə onların fəaliyyəti ilə əlaqədar şərtlər və tələblər maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktları ilə müəyyən edilir.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Paylaş

Xəbər lenti

Məşhur aktrisa uşaqlarını götürüb ölkəsini tərk etdi Bu gün, 23:48 Abbas Əraqçi Ceyhun Bayramovla görüşüb Bu gün, 23:48 Azərbaycan-BMT əməkdaşlığı ətrafında fikir mübadiləsi aparılıb Bu gün, 23:48 Həmkarı Kadir İnanırın vərəsələrini "Cəsəd yeyən qarğalar" adlandırdı Bu gün, 23:48 Dilarənin "Dəli"si Liam Nisonun 32 milyon dollarlıq filmində... Bu gün, 23:48 Ərdoğan: Müharibənin Ukraynanın ərazi bütövlüyünün təminatı ilə yekunlaşmasını arzulayırıq Bu gün, 23:48 Azərbaycan Bolqarıstana neft satışını 4.5 dəfədən çox artırıb Bu gün, 22:48 İlham Əliyev: Qərb Sənaye Parkının yaradılmasının əsas məqsədi məhz dağ-mədən sənayesinin inkişafıdır Bu gün, 22:48 Ceyhun Bayramov Cibuti XİN başçısı ilə ikitərəfli münasibətləri müzakirə edib Bu gün, 22:48 Sabah bir sira yaşayış məntəqələrində işıq olmayacaq Bu gün, 22:48 Ayrı soyadlar ər-arvad münasibətlərinə necə təsir edir? Bu gün, 22:48 Azərbaycanın İrandakı səfirliyi ölkəyə qayıtmaq istəyənlərə bildiriş ünvanlayıb Bu gün, 22:48 İlham Əliyev: Ağdərə rayonunda artıq işlərə başlanılmışdır Bu gün, 21:48 Avstriya XİN-də Azərbaycanla tərəfdaşlığın genişləndirilməsi müzakirə olunub Bu gün, 21:48 Tramp, Frederiksen və Nilsen Qrenlandiya üzrə saziş imzalayıblar Bu gün, 21:48 Avropanın TOP-5 liqasında mövsümün sürpriz bombardirləri Bu gün, 21:48 Deputat: Antiterror əməliyyatı 44 günlük müharibənin məntiqi sonluğu idi Bu gün, 21:48 Prezident işğal dövründə Ermənistanın 60 min hektar meşə fondunu məhv etməsini qabardıb Bu gün, 21:48 Politoloq: Azərbaycan xalqının uzun illər gözlədiyi tarixi ədalət bərpa olundu Bu gün, 20:48 Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq Bu gün, 20:48 Bakıda kirayə mənzillər ən çox bu rayonda bahalaşıb - SİYAHI Bu gün, 20:48 SEPAH: Hörmüz boğazında müharibə davam edir Bu gün, 20:48 Ərdoğan: Fələstin Prezidenti iki ildir ki, Baş Assambleyanın iclasında iştirak edə bilmir Bu gün, 20:48 Məşhur universitetdə yeni yataqxana tikiləcək - 1000 yerlik olacaq Bu gün, 19:48 Pərvanə Vəliyeva: "Azərbaycanda dağ-mədən sənayesinin illik maliyyə təsiri 1 milyard manatı ötəcək" Bu gün, 19:48 Üç rayonda yeni peşə liseyləri TİKİLƏCƏK Bu gün, 19:48 AZAL: İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır Bu gün, 19:48 Maştağadakı psixiatriya xəstəxanası bağlanır? - İddia Bu gün, 19:48 46 ildir işləyən aktrisa 44 000 lirə pensiyaya etiraz etdi Bu gün, 18:48 Bakının hansı küçələrində tıxac var? Bu gün, 18:48 "Birliyin Gücü - 2026": Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbi təliminin açılışı olub Bu gün, 18:48 XİN: Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni tanımırıq Bu gün, 18:48 Toğrul Xəlilova yüksək vəzifə verildi Bu gün, 17:48 Tıxacdan şikayətlənən Xalq artisti: "1 saat 23 dəqiqə tərpənmədən qalmaq..." Bu gün, 17:48 Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb Bu gün, 17:48 Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir Bu gün, 17:48 Serdar Ortaç vəsiyyətini açıqladı: Boğaz mənzərəli evini işçilərinə verəcək Bu gün, 17:48 Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb Bu gün, 17:48 45 yaşlı Adriana Lima bu səbəbdən 25 yaşındakı kimi görünür Bu gün, 17:48 Deputat: "Bu zaman Azərbaycan Ermənistanla normal qonşuluq münasibətləri qura bilər" Bu gün, 17:48 İki metro stansiyasına giriş sabahdan pulsuz olacaq - Müddəti açıqlandı Bu gün, 17:48 16 avtobus marşrutu "Xocəsən" və "Avtovağzal" stansiyalarına yönləndiriləcək Bu gün, 17:48 Şəki kəndində gizlənən tarix: Qərbi Azərbaycanın hansı sirləri buradadır? Bu gün, 16:48 Bakının bu metrostansiyalarına giriş PULSUZ OLACAQ Bu gün, 16:48 Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb Bu gün, 16:48 "Qaradağ-Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur Bu gün, 16:48 "Neftçi"nin oyununda kobud hakim səhvi olub - AFFA rəsmisi açıqladı Bu gün, 16:48 Doğum sayının azalması müzakirə edildi Bu gün, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR