7-07-2023, 18:34 396

Voleybol üzrə Zəfər Kubokunun püşkü atılıb

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş jurnalistlər arasında voleybol üzrə Zəfər Kubokunun püşkatma mərasimi keçirilib.

"Report"un məlumatına görə, İdman Araşdırmalar Mərkəzinin (İAM) təşkilatçılığı, "Avrora Qrup"un baş sponsorluğu, Azərbaycan Voleybol Federasiyasının (AVF) və Qusar Olimpiya İdman Kompleksinin dəstəyi ilə gerçəkləşəcək turnirin püşkü Bakının Binəqədi rayonunun Dərnəgül qəsəbəsindəki Voleybol Mərkəzinin akt zalında atılıb.

Tədbirə AVF-nin vitse-prezidenti Faiq Qarayev, qurumun baş katibi Faiq Orucov, Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, "Avrora Qrup"un nümayəndəsi Elvin Babayev, İAM-ın sədri Elşən Məmmədov və iştirakçı komandaların nümayəndələri qatılıblar.

Mərasimi giriş sözü ilə açan Məmmədov ardıcıl ikinci dəfə təşkil olunan turnir barədə məlumat verib. Baş sponsora təşəkkür edən İAM sədri komandalara uğurlar arzulayıb.

Daha sonra söz F.Qarayevə verilib. Federasiyanın vitse-prezidenti bu cür turnirlərin voleybolun kütləviləşməsi və inkişafı baxımından önəmli olduğunu bildirib. O qeyd edib ki, İdman Araşdırmalar Mərkəzinin işğaldan azad olunmuş rayon və şəhərlərin adlarını daşıyan komandalar arasında turnir keçirməsindən sonra bu adlar peşəkar yarışlarda da görünməyə başlayıb. F.Qarayev nümunə kimi "Xarı Bölbül" kollektivini göstərib. O, bildirib ki, federasiya bundan sonra da bu cür voleybol turnirlərinə dəstəyini əsirgəməyəcək. Hətta F.Qareyev sonda təşkilatçılara jest edərək, jurnalistləri Qusara aparacaq nəqliyyatın xərcinin AVF tərəfindən qarşılanacağını söyləyib.

Daha sonra çıxış edən X.İsayev ölkədə voleybola böyük maraq olduğunu xatırladaraq, belə turnirlərin önəmini xüsusi vurğulayıb. O, təşkilatçılara və iştirakçı komandalara uğurlar arzulayıb.

F.Orucov da öz növbəsində hər kəsi salamlayaraq, təşəbbüsü yüksək qiymətləndirdiyini və voleybolu təbliğ edən bu cür layihələrə hər zaman dəstək verməyə hazır olduqlarını söyləyib.

"Avrora Qrup"un nümayəndəsi Elvin Babayev isə daha əvvəl də Azərbaycan Voleybol Federasiyası ilə birgə əməkdaşlıq etdiklərini xatırladıb. O, Zəfər Kuboku turnirinin ənənəvi olacağını sözlərinə əlavə edib.

Nəhayət, sonda turnirin püşkü atılıb və qrupların tərkibi müəyyənləşib. Beləliklə, "Report" İnformasiya Agentliyinin təmsil etdiyi "Füzuli" komandası "Suqovuşan" və "Xankəndi" ilə birlikdə A qrupuna düşüb. B qrupunda isə "Şuşa", "Kəlbəcər" və "Zəngilan" kollektivləri mübarizə aparacaqlar.

Reqlamentə əsasən, qrupda ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanacaqlar. İlk 3 yerin sahiblərinə müvafiq olaraq, qızıl, gümüş və bürünc medallar, qalibə isə Zəfər Kuboku təqdim ediləcək.

Qeyd edək ki, turnir 15-16 iyulda baş tutacaq.

Paylaş

Xəbər lenti

Kürdə suyun səviyyəsi artdı, İmişlinin üç kəndində torpaqlar su altında qaldı Bu gün, 00:48 Söküntü zamanı bəzi evlərin qiymətləndirilməsi zamanı xüsusi yanaşmanın tətbiqi təklif edilir Bu gün, 00:48 Eldar Rəsulov: WUF13 Festivalı Azərbaycanın digər bölgələrində də təşkil olunacaq Dünən, 23:48 WUF13 Festivalının ictimai proqramına 9 mindən çox iştirakçı qatılıb Dünən, 23:48 ABŞ Kubada hərbi əməliyyat keçirmək imkanını araşdırır Dünən, 23:48 Qərbi Azərbaycan İcmasında qaçqınların qayıdış hüququ ilə bağlı beynəlxalq konfrans keçirilib Dünən, 23:48 "OPEC+" iyun ayı üçün neft hasilatı kvotasının artırılmasını razılaşdırıb Dünən, 22:48 Ailəsini amansızlıqla qətlə yetirən Əhməd müalicə aldığı müəssisədən qaçıb? Dünən, 22:48 İran ABŞ ilə sülh planını Pakistana təqdim edib Dünən, 22:48 Premyer Liqa: "İmişli" "Araz-Naxçıvan"a qalib gəlib Dünən, 21:48 Səfirlik: Karlonun Ağdam və Füzuliyə səfəri ABŞ-Azərbaycan əməkdaşlığının genişləndiyini təsdiqləyir Dünən, 21:48 Lənkəranda keçirilən WUF13 Festivalı başa çatıb Dünən, 21:48 XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi çaylarda sululuq artacaq Dünən, 20:48 "Airblue" Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır Dünən, 20:48 Yılmaz: Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün əldə olunması çox önəmlidir Dünən, 20:48 Nazir: "Sosial rifahın yüksəldilməsi üzrə mühüm nailiyyətlər əldə olunub" Dünən, 19:48 Qeyri-sabit hava fermerləri çətin vəziyyətə saldı: Meyvə BAHALAŞACAQ? Dünən, 19:48 İran ABŞ-ni ölkə daxilində qeyri-sabitlik yaratmağa çalışmaqda günahlandırıb Dünən, 19:48 "Heydər Əliyev kuboku-2026": Azərbaycanın səkkiz boksçusu turnirə qələbə ilə başlayıb Dünən, 19:48 Vaşinqtonla Tehran arasında münaqişə yenidən alovlana bilər - İran rəsmisi AÇIQLADI Dünən, 18:48 Premyer Liqa: "Kəpəz" "Sumqayıt"ı məğlub edib Dünən, 18:48 Qidalanma vərdişləri qastrit və xoraya necə təsir edir? Dünən, 18:48 WUF13: Əlilliyi olan şəxslər üçün "Əlçatan Metro" xidməti mövcuddur Dünən, 18:48 DİN: Axtarışda olan 200 nəfər saxlanılıb Dünən, 18:48 Azərbaycan və Pakistan arasında həftəlik birbaşa uçuşların ümumi sayı 10-a çatır Dünən, 17:48 "Böyük Dəbilqə": Rəşid Məmmədəliyev bürünc medal qazanıb Dünən, 17:48 Botaqoz Bermuhambetova: "Qazaxıstan təhsil sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirir" Dünən, 17:48 Anasının xəstəliyindən danışan Fatimə ağladı Dünən, 17:48 Sürücülərin DİQQƏTİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq Dünən, 17:48 Sumqayıt-Pirşağı yolunda qəza: Avtomobil ÇUXURA DÜŞDÜ Dünən, 17:48 Qazaxıstanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrin sayı son bir ildə iki dəfə artıb Dünən, 17:48 Tovuzda 73 yaşlı kişi faciəli şəkildə öldü Dünən, 17:48 İslam İnkişaf Bankının prezidenti Azərbaycana səfər edəcək Dünən, 17:48 "Heydər Əliyev kuboku-2026" beynəlxalq turnirinin açılış mərasimi keçirilib Dünən, 17:48 Bu zavodun fəaliyyəti dayandırıldı - SƏBƏB Dünən, 16:48 "Formula-1"in sabiq pilotu vəfat etdi Dünən, 16:48 Xəzər rayonunda soyğunçuluq edən şəxs həbs edilib Dünən, 16:48 Sülhə doğru növbəti addım Dünən, 16:48 Azərbaycanda tükürpərdən olay: Qadın ərinin məzarı üzərində öldü Dünən, 16:48 Çili diplomatı: "2026-cı il üçün məqsəd - Azərbaycanla ticarət əlaqələrinin inkişafıdır" Dünən, 16:48 Tanınmış müğənni: "Səhnəyə çıxmasam belə, aylıq gəlirim 200 000-dir" Dünən, 16:48 Biləsuvarın bu kəndində daxili yollar təmir olunacaq Dünən, 16:48 Səfir: "Niderland Azərbaycanla energetika sahəsində əməkdaşlıqda maraqlıdır" Dünən, 15:48 Gəncədə zavodun fəaliyyəti dayandırıldı - SƏBƏB Dünən, 15:48 Heydər Əliyev Mərkəzində "İz" sənədli filminin nümayişi olub Dünən, 15:48 Məşhur aktyor şəhər həyatından imtina edib, kəndə köçdü Dünən, 15:48 Türkiyədə eyni anda 198 nəfər saxlanıldı - ANBAAN GÖRÜNTÜ Dünən, 15:48 Yuri Qusev: Azərbaycanın Qarabağın bərpası üzrə təcrübəsi Ukrayna üçün faydalı ola bilər Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR