
Sumqayıt şəhərində moped yolu keçən piyadanı vurub.
"Report" xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.
Məmmədov Rüfət İlqar oğlunun idarə etdiyi moped piyadaya xəsarətlər yetirib. Yaralı Sumqayıt Şəhər Təcili Yardım xəstəxanasına çatdırılıb.
Hazırda yaralının kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.