
ABŞ və Türkiyə prezidentləri - Cozef Baydenlə Rəcəb Tayyib Ərdoğan Vilnüsdə keçirilən görüşdə Ukrayna və İsveçin NATO-ya üzvlüyü məsələsini müzakirə ediblər.
“Report” xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
“Onlar qarşılıqlı maraq doğuran regional məsələləri, o cümlədən Ukraynaya davamlı dəstəyi və Egey dənizində sabitliyin qorunmasının vacibliyini müzakirə ediblər”, - məlumatda vurğulanır.
Qeyd olunur ki, Bayden və Ərdoğan müdafiə və iqtisadi prioritetlər barədə də fikir mübadiləsi aparıblar.
Bir gün əvvəl NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Ərdoğan İsveçin alyansa qoşulmaq üçün müraciətini Türkiyə parlamentində səsverməyə göndərməyə razılaşıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.