15-07-2023, 19:52 493

Qayıdış Könüllüləri Talış kəndində “Kod Qarabağ” intellektual oyunu keçirib

“Qayıdış Könüllüləri” Proqramının “Ağdam Könüllüləri” qrupu tərəfindən “Heydər Əliyev İli” çərçivəsində Tərtərin işğaldan azad olunan Talış kəndində Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Azərbaycan Respublikasının Gənclər Fondunun, Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi və “Böyük Qayıdış” Gənclər Təşkilatının təşkilatçılığı ilə uşaq, yeniyetmə və gənclər üçün “Kod Qarabağ” məntiqi-intellektual komanda oyunu keçirilib.

"AVESTA.AZ"un Qarabağ Bürosunun verdiyi xəbərə görə, İntellektual oyunun keçirilməsində məqsəd Qarabağı, işğaldan azad olunmuş əraziləri gənclərə daha yaxından tanıtmaq, şanlı Zəfər tariximizi onlar arasında təbliğ etmək və Talış kəndində məskunlaşan yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması olub.

Könüllülərin də iştirakı ilə ümumilikdə 30 nəfər yeniyetmə və gəncin 6 komanda şəklində qatıldığı oyunda iştirakçılara Qarabağ, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə, həmçinin “Heydər Əliyev və Qarabağ” mövzularında şifrəli suallar təqdim olunub. Üç mərhələdən ibarət oyunda ən çox suala düzgün cavab verən “Suqovuşan” komandası gərgin keçən mübarizənin qalibi elan olunub. “Dəmir Yumruq” və “Zəfər” komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Qaliblər mükafatlandırılıb, onlara sertifikat və hədiyyələr təqdim olunub.

Qayıdış Könüllüləri tərəfindən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi ilə birlikdə “Heydər Əliyev İli” çərçivəsində Talış kəndində yaşayan uşaq, yeniyetmə və gənclər üçün həyata keçirilən fəaliyyət planına uyğun olaraq bu kimi maraqlı məzmunlu, müxtəlif tədbirlərin bundan sonra da davamlı olaraq hər ay keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən işlərə gənc nəslin, xüsusilə də kökləri bu torpaqlara bağlı olan gənclərin daha geniş cəlb olunması çağırışına uyğun olaraq həyata keçirilən “Qayıdış Könüllüləri” proqramının əsas məqsədi, işğaldan azad olunmuş ərazilərdə könüllülük fəaliyyətini dəstəkləmək, əslən həmin bölgələrdən olan gənclərin öz doğma torpaqlarında yenidənqurma və bərpa işlərində, eləcə də bölgənin tarixi, mədəniyyəti və xalqımızın irsinin təbliğində iştirakını təşviq etmək və gənclərin azad olunmuş ərazilərə qayıdışına töhfə verməkdir.

Proqram çərçivəsində könüllülərin işğaldan azad olunmuş ərazilərdə müxtəlif könüllü fəaliyyətlərdə, o cümlədən mütəmadi olaraq bu ərazilərdə keçiriləcək tədbirlərin təşkilində iştirak, buraya səfər edən yerli və xarici qonaqlarla iş, qayıdışa hazırlıq, bərpa və yenidənqurma işlərinə, məskunlaşmaya dəstək, həmçinin Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş ərazilərdə müvafiq xüsusi nümayəndəliklərinə müxtəlif fəaliyyət istiqamətləri üzrə könüllü dəstəyinin göstərilməsinə cəlb olunmaları nəzərdə tutulub. Hazırda proqram çərçivəsində “Şuşa Könüllüləri”, “Ağdam Könüllüləri” və “Zəngilan Könüllüləri” qrupları formalaşdırılıb. Növbəti mərhələdə digər işğaldan azad olunmuş inzibati ərazi vahidlərinə uyğun olaraq könüllü qruplarının yaradılması planlaşdırılır.

Paylaş

Xəbər lenti

Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Bu gün, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Bu gün, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Bu gün, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Bu gün, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Bu gün, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Bu gün, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Bu gün, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Bu gün, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Bu gün, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Bu gün, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Bu gün, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Bu gün, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Bu gün, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Bu gün, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Bu gün, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Bu gün, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Bu gün, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Bu gün, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Bu gün, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Bu gün, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Bu gün, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Bu gün, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Bu gün, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Bu gün, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Bu gün, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Bu gün, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Bu gün, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Bu gün, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Bu gün, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Bu gün, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Bu gün, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Bu gün, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Bu gün, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Bu gün, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR