
"Hazırda Azərbaycana gələn turistlərin sayı sərhədlərin açıq olduğu vaxtlardakı qədərdir".
"AVESTA.AZ" xəbər verir ki, bunu jurnalsitlərə açıqlamasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.
"Hazırda ölkəmizdə karantin rejimi olduğu üçün quru yolla gələn turistlərimiz yoxdur, yəni turistlər yalnız hava yolu ilə gələ bilir. Qonşu ölkələrdən sərhədləri piyada keçərək gələn turistləri müvəqqəti olaraq itirmişik. Operativ Qərargahın quru sərhədlərinin açılması ilə bağlı qərarını gözləyirik. Onu da deyim ki, quru sərhədlərin bağlı olması daxili turizmin artımına heç bir təsir göstərməyib. Bu amillər bir-biri ilə sıx bağlı deyil", - deyə o qeyd edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.