
Bakıda ödəmə terminalı yararsız hala salınıb.
Bu barədə "AVESTA.AZ"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyulun 3-də paytaxtın Nizami rayonunun İ.Həbibov küçəsində yerləşən ödəmə terminallarından birinin yararsız hala salınması barədə polisə məlumat daxil olub.
Nizami Rayon polis İdarəsinin 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əmlakı qəsdən məhv etmədə şübhəli bilinən Bakı şəhər sakini, 41 yaşlı Zaur Hüseynov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.