21-07-2023, 00:21 628

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yeni təyin olunmuş Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayatı qəbul edib.

Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

İlk növbədə təşkilatın nümayəndəsinin etimadnaməsi nazir Ceyhun Bayramova təqdim olunub. Nazir Ceyhun Bayramov nümayəndəyə ölkəmizdəki fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı, Azərbaycan və FAO arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov, hazırki beynəlxalq konyunkturada ərzaq təhlükəsizliyinin təmin edilməsinin əhəmiyyətindən danışaraq, bu xüsusda FAO-nun fəaliyyətinin təqdirəlayiq olduğunu qeyd edib. Ölkəmizdə kənd təsərrüfatı sahəsinin inkişaf potensialından istifadə olunması, ərzaq təhlükəsizliyinin gücləndirilməsi istiqamətində FAO ilə həyata keçirilən birgə layihələr məmnunluqla xatırlanıb. Azərbaycanla FAO arasında Tərəfdaşlıq Proqramının perspektivləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov, həmçinin Azərbaycan tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, o cümlədən kənd təsərrüfatına ciddi təhdid olan mina təhlükəsi barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. İşğaldan azad olunmuş ərazilərimizin “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında yenidən qurulduğunu diqqətə çatdıran nazir Ceyhun Bayramov, həmin ərazilərin böyük kənd təsərrüfatı potensialına malik olduğunu bildirib. Bu xüsusda, mövcud potensialdan istifadə məqsədilə beynəlxalq tərəfdaşlar, o cümlədən FAO ilə əməkdaşlıq imkanları qeyd olunub.

Muhammad Nasar Hayat, Azərbaycan və FAO arasında geniş əməkdaşlıq gündəliyinin mövcudluğunu məmnunluqla qeyd edərək, bu xüsusda münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb. Kənd təsərrüfatının inkişafında innovasiyaların tətbiqi sahəsində Azərbaycan tərəfindən görülən işlər, xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilmiş təşəbbüslərin təqdirəlayiq olduğu bildirilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş

Xəbər lenti

Sabah hava yağışlı olacaq? Bu gün, 13:48 Dubayda yaşayış icazəsi almaq asanlaşdı Bu gün, 13:48 Ucuz qiymətə mebel satışı adı altında sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb Bu gün, 13:48 Baş Qərvənd kəndində "Ağıllı kənd" layihəsi nə vaxt tam hazır olacaq? Bu gün, 13:48 Alyona Əliyeva Buta İncəsənət Mərkəzindən paylaşım edib Bu gün, 13:48 Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə taktiki-uçuş təlimi başa çatıb Bu gün, 13:48 Təbii fəlakət qarşısında dövlət qalxanı Bu gün, 13:48 İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib Bu gün, 13:48 FHN əməkdaşı iş başında öldü Bu gün, 13:48 Bakıdan Təl-Əvivə uçuşlar bu tarixdən bərpa edilir Bu gün, 12:48 Gəncədə metaləritmə müəssisəsinin fəaliyyəti dayandırılıb Bu gün, 12:48 Bakıda İLGİNC CİNAYƏT: Gənc qız atasını talayıb gözəllik salonu açdı Bu gün, 12:48 Bakı-Sumqayıt yolunun 7-ci km-də GÜCLÜ YANĞIN Bu gün, 12:48 İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilir Bu gün, 12:48 Hikmət Hacıyev xarici diplomatların Laçına səfərindən video paylaşıb Bu gün, 12:48 62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar Bu gün, 12:48 Bakıda yaddaşını itirmiş qadın axtarılır Bu gün, 12:48 Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb Bu gün, 11:48 Hikmət Hacıyev Şuşadan hərbi attaşelərlə foto paylaşıb Bu gün, 11:48 Şəkidə canavarlar kəndə HÜCUM EDİB: Təsərrüfatlara ciddi ziyan dəyib Bu gün, 11:48 Moldovanın energetika naziri Dorin Junqietu Azərbaycana səfər edəcək Bu gün, 11:48 DİN həftəsonu bölgələrə səfərə çıxan sürücüləri diqqətli olmağa çağırıb Bu gün, 11:48 Uzunömürlülər ən çox bu BÜRCDƏN olur Bu gün, 11:48 Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb Bu gün, 11:48 Aeroport şosesində qəza baş verib, sıxlıq yaranıb Bu gün, 11:48 "Qarabağ" Zubirə əvəzləyici tapdı Bu gün, 10:48 Məşhur general professor oldu Bu gün, 10:48 Nyu-York merinin Azərbaycana qarşı qərəzli kampaniyasına cavab olan petisiyanı sən də İMZALA! Bu gün, 10:48 MM Komissiyası: Ermənipərəst dairələr Ermənistanla Azərbaycan arasındakı kövrək sülh prosesinə zərbə vurmağa çalışır Bu gün, 10:48 Muhammad Nasar Hayat: FAO Qarabağda yeni layihələr planlaşdırır Bu gün, 10:48 Diplomatik korpusun nümayəndələri Şuşada sağlamlıq mərkəzinin işi ilə tanış olub Bu gün, 10:48 Sumqayıtda dəhşətli durum: "Hər il çökə-çökə gedir" Bu gün, 09:48 Azərbaycan Premyer Liqasında XXX tura bu gün start veriləcək Bu gün, 09:48 Diplomatik korpusun nümayəndələri Şuşadakı xalça muzeyi ilə tanış olublar Bu gün, 09:48 Bu gün Hafiz Paşayevin doğum günüdür Bu gün, 09:48 Xarici diplomatlar Şuşada yeni inşa edilən məsciddə olub Bu gün, 09:48 Xarici diplomatlar Şuşada Qazançı kilsəsinə baş çəkib Bu gün, 09:48 SEPAH: Xamenei Fars körfəzinin idarə olunması qaydasını müəyyən edəcək Bu gün, 00:48 Ağ Ev Konqresə İranla müharibənin bitdiyini bəyan edib Bu gün, 00:48 "TAĞIYEV: MƏKTƏB" bədii filminin təqdimat mərasimi keçirildi Bu gün, 00:48 Əraqçi Lavrov ilə ABŞ-İran danışıqlarını müzakirə edib Dünən, 23:48 Milli Yaşıl Taksonomiya təsdiq edilib Dünən, 23:48 Naib Əlizadə ilə bağlı ƏMR Dünən, 23:48 Azərbaycan EBRD ilə Naxçıvanın nəqliyyat infrastrukturunun inkişafını müzakirə edib Dünən, 23:48 Tramp Konqresdən İrana qarşı hərbi əməliyyatların müddətini uzatmağı xahiş etməyəcək Dünən, 23:48 Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnamə gülünc doğurur Dünən, 22:48 May ayında bu meyvələri yemək məsləhət deyil - SİYAHI Dünən, 22:48 9-cu sinif şagirdi 292.5 bal toplayıb Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR