
Naxçıvan MR Babək rayonu Uzunoba gölündə batan şəxsləri xilas etməyə çalışan polis əməkdaşı boğularaq həyatını itirib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Bu gün xidmətdən kənar vaxt ailəsi ilə həmin gölün kənarında istirahət edən 1982-ci il təvəllüdlü polis serjantı Quliyev Vüsal Əbülfəz oğlu suya atılaraq göldə boğulma təhlükəsi ilə üzləşən 13 yaşlı uşağı xilas edib. Daha sonra uşağın anası, 1984-cü il təvəllüdlü Aslanlı Səadət Elman qızını xilas etmək istəyərkən polis əməkdaşı da onunla bərabər suda boğularaq ölüb.
Babəkdə Uzunoba gölündə iki nəfər boğulub.
"Report"un yerli bürosu xəbər verir ki, batan şəxslər 1984-cü il təvəllüdlü Aslanlı Səadət Salman qızı, 1982-ci il təvəllüdlü Quliyev Vüsal Əbülfəz oğludur.
Onların meyiti FHN xilasediciləri tərəfindən çıxarılıb. 2010-cu il təvəllüdlü Mehdiyev Murad Mahir oğlu xilas olunaraq xəstəxanaya yerləşdirilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.