
Meksikanın mərkəzindəki Sakatekas ştatının Fresnilio şəhərindəki gecə klublarından birinə silahlı basqın edilib.
Bu barədə “TASS” xəbər verir.
Silahlı basqın nəticəsində beş nəfər öldürülüb, güllə yarası alan iki nəfər isə xəstəxanaya aparılıb.
Hücum edənləri saxlamaq mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Rəsmi rəqəmlərə görə, 2021-ci ildə Meksikada 33,3 mindən çox insan zorakılığın qurbanı olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.