
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneulidə ölümlə nəticələnən silahlı insident baş verib.
Avesta xəbər verir ki, hadisə Marneulidə restoranlardan birinin ərazisində olub.
Hadisə şahidlərinin sözlərinə görə, orta yaşlı kişi naməlum şəxs tərəfindən güllələnib.
Məlumata görə, güllələnən şəxs yerindəcə keçinib.
Hadisəni törədən şəxs isə ərazidən qaçıb.