
Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Jony (Cahid Hüseynli) sosial şəbəkədə yeni paylaşım edib.
Avesta xəbər verir ki, o, 3.7 milyon izləyicisi olan instaqram hesabında türkiyəli aktyor Burak Özçivitlə fotolarını yayımlayıb. Hər iki məşhurun Bakıda lentə alınan görüntüsü xeyli marağa səbəb olub.
Xatırladaq ki, Jony Bakıya solo konsert üçün gəlib. Burak Özçivit isə kikboksla bağlı tədbirdə iştirak edib.


© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.