
Qlobal bazarda yanacaq qıtlığı ilə bağlı davam edən narahatlıqlar fonunda etalon neft kotirovkaları cüzi qalxıb.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, Londonun ICE Futures birjasında “Brent” markalı neftin sentyabr fyuçersləri 21 sent (0,25 %) bahalaşaraq 1 bareli 82,95 ABŞ dollarına çatıb.
Nyu-York əmtəə birjasında "WTI" markalı neftin sentyabr fyuçerslərinin qiyməti isə 24 sent (0,3 %) artaraq 1 bareli 78,98 ABŞ dolları təşkil edib.
“Goldman Sachs Group” analitikləri hesab edirlər ki, yaxın gələcəkdə yüksək tələb bazarda əhəmiyyətli neft qıtlığına və ilin sonuna kimi “Brent” markalı neftin qiymətinin 1 barelinin 86 ABŞ dollarına qədər artmasına səbəb olacaq.
Qeyd edək ki, neft-mədən xidmətləri şirkəti “Baker Hughes” son bir həftə ərzində ABŞ-da aktiv qazma qurğularının sayının 7 ədəd azalaraq 530-a düşdüyünü bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.