
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin daha bir ilk oyunu başa çatıb.
"AVESTA.AZ"un məlumatına görə, "Qəbələ"nin növbəti raunddakı potensial rəqiblərindən Danimarka "Midtullan"ı Lüksemburqun "Proqres" komandasını qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 38-ci dəqiqədə Henrik Dalsqard və 60-cı dəqiqədə Sori Kaba vurub. Tərəflər arasındakı cavab görüşü bir həftə sonra Lüksemburqda olacaq.
Bu cütün qalibi növbəti raundda "Qəbələ" - "Omoniya" (Kipr) duelinin güclüsü ilə üz-üzə gələcək.
Qeyd edək ki, "Qəbələ" ilk qarşılaşmasını iyulun 27-də evdə, cavab matçını bundan bir həftə sonra səfərdə keçirəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.