
“Araz-Naxçıvan” klubunda yeni təyinatlar gerçəkləşib.
“Report” Premyer Liqa təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, U-17 və U-19 yığmalarının baş məşqçiləri müəyyənləşib.
Ruslan Əmircanov 17, Xəyal Mustafayev isə 19 yaşadək futbolçulardan ibarət komandanın baş məşqçisi təyin olunublar.
Hər iki mütəxəssislə 1 illik müqavilə imzalanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.