27-07-2023, 22:08 1328

Ayxan Hacızadə: “Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Laçın yolunun blokadada saxlanması iddiasını rədd edirik”

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Laçın yolu ilə bağlı 27 iyul tarixli bəyanatda Azərbaycanın Laçın yolunu blokadada saxladığı barədə iddiasını qətiyyətlə rədd edirik.

“Report” xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Laçın yolu ilə bağlı 27 iyul tarixli bəyanatına dair şərh edərkən deyib.

"Üçtərəfli bəyanat çərçivəsində öhdəliklərə və danışıqlar prosesinə istinad edən, nədənsə son üç il ərzində Azərbaycan ərazilərində erməni silahlı qüvvələrinin mövcudluğu, Azərbaycana qarşı hərbi təxribatlarının davam etdirilməsi, Azərbaycana qeyri-qanuni olaraq hərbi məhsulların və minaların ötürülməsi, eləcə də kommunikasiyaların açılışına Ermənistan tərəfindən maneçilik törədilməsi kimi bəyanatın ciddi pozuntularına önəm verməyən Fransa tərəfinin yanlışlıqla Azərbaycanın Laçın sərhəd buraxılış məntəqəsi təsis etməsini öhdəliklərə zidd olaraq qiymətləndirməsi qəbuledilməzdir.

Beynəlxalq Ədalət Məhkəməsinin qərarına istinad edən Fransa tərəfi unudub ki, məhkəmə məhz 6 iyul tarixi qərarı ilə Laçın sərhəd buraxılış məntəqəsinin tam legitim olduğunu təsdiq edib, bu məntəqəni aradan qaldırmaq və sərhədçiləri geri çəkmək barədə Ermənistanın müraciətləri yekdilliklə rədd olunub", - A.Hacızadə qeyd edib.

O, qeyd edib ki, Azərbaycan tərəfinin sərhəddə nəzarət və şəffaflıq tətbiq etməklə, Laçın yolundan qeyri-qanuni məqsədlərlə istifadənin qarşısının alınması, yoldan sui-istifadə hallarına yol verilməməsi öhdəliyi və salahiyyəti mövcuddur.

"Bu səylərə baxmayaraq, Ermənistan tərəfi yenə də təxribatlardan əl çəkməyib, buraxılış məntəqəsinə atəş açıb, qaçaqmalçılığa cəhd göstərib və Azərbaycanın icazəsi olmadan əraziyə yük avtomobilləri göndərməyə çalışıb. Azərbaycan tərəfi bu təxribatlara baxmayaraq, yenə də Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə erməni sakinlərin məntəqədən keçidinə şərait yaradıb və yalnız bir gün ərzində, 27 iyul tarixində Laçın sərhəd buraxılış məntəqəsindən 34 nəfər şəxsin 7 nəqliyyat vasitəsilə keçidi təmin olunub. Böyük həcmdə yüklərin əraziyə daşınması üçün isə “Ağdam-Xankəndi” daxil olmaqla, alternativ yollar təklif edilsə də, Azərbaycanın suveren ərazisində bu qərarına uzun müddət ərzində nümayiş etdirilən hörmətsizlik humanitar vəziyyət ilə bağlı səslənən iddiaların yalnız spekulyasiya olduğunu göstərir.

Bütün bu məsələlər kontekstində, Fransa tərəfinin yenə də Ermənistan təxribatlarına qarşı susqunluq sərgiləməsi və qərəzli şəkildə Azərbaycana qarşı çağırışlar etməsi Fransa tərəfindən həyata keçirilən siyasətin yanlış olduğunu nümayiş etdirir.

Ümumiyyətlə, Ermənistan tərəfinin manipulyasiyalarına aldanıb məsələ ilə bağlı qərəzli bəyanatlar verməzdən öncə, Azərbaycan əleyhinə bu kimi bəyanatların nəyə xidmət etdiyini bir daha düşünməyə, bu kimi bəyanatların bölgədə sülh və sabitliyə xidmət etmədiyini anlamağa çağırırıq", - A.Hacızadə vurğulayıb.

Paylaş

Xəbər lenti

"Bakı Metropoliteni"ndə hərəkət interval üzrə bərpa olunub Bu gün, 10:48 TDT-nin Müsəlman dini liderlərinin 8-ci görüşü Türkiyədə keçiriləcək Bu gün, 10:48 TDT Müsəlman dini liderlərinin Bakı Bəyannaməsi qəbul ediləcək Bu gün, 10:48 Fuad Əliyevə vəzifə verildi Bu gün, 10:48 Səudiyyə Ərəbistanının 4 şəhərində fövqəladə vəziyyət siqnalı verildi Bu gün, 10:48 Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb Bu gün, 10:48 Kıvanç Tatlıtuğun işçisi damdan yıxıldı - Aktyor barədə istintaq başladıldı Bu gün, 10:48 Veteran polkovnik vəfat etdi - FOTO Bu gün, 10:48 "Bakı Metropoliteni"ndə hərəkət interval bərpa olunub Bu gün, 09:48 Paytaxtın bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb Bu gün, 09:48 Bakıda TDT Müsəlman dini liderlərinin 7-ci Görüşü keçirilir Bu gün, 09:48 Yol polisi yeni tədris ilinin başlanılması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib Bu gün, 09:48 Allahşükür Paşazadə: Türk xalqları xoş və çətin anlarda əsl qardaşlıq nümunəsi göstərirlər Bu gün, 09:48 Çandra 6 qalaktikada 84 sirli rentgen mənbəyi aşkarlayıb Bu gün, 00:48 Revolut müştərilərinin məlumatları dələduzların əlinə keçib Dünən, 23:48 Bu qidaları yedikdən sonra yuxunuz gələ bilər Dünən, 23:48 Sentyabrda yeni münasibət yaşayacaq BÜRCLƏR Dünən, 23:48 Su 3,1 milyard il əvvəl vulkan püskürmələrinə səbəb olub Dünən, 22:48 İraq İranla sərhəddə 3 keçidi yenidən açır Dünən, 22:48 Həkim çörəyin ən zərərli növünü açıqladı Dünən, 22:48 5G problemi kənd sakinlərini qəzəbləndirdi: Texniki işçini qülləyə bağladılar Dünən, 21:48 Yalçın Rəfiyev iqlim fəaliyyətini irəli aparmaqdan bəhs edib Dünən, 21:48 Azərbaycanın "Elit polo club" komandası "Sea Breeze 2026" beynəlxalq turnirinin qalibi olub Dünən, 21:48 İçkidən sonra yaddaşınız silinirsə, səbəbi budur Dünən, 21:48 "Sea Breeze 2026" beynəlxalq turnirinin mükafatlandırma mərasimi keçirilib Dünən, 20:48 Əməliyyatsız sinə böyütmək istəyənlərin diqqətinə: Dolğularla bağlı mühüm xəbərdarlıq Dünən, 20:48 Kimi Antonelli İspaniya Qran-prisinin qalibi oldu Dünən, 20:48 Göz ətrafındakı sarı ləkələr infarkt riskini 3 dəfə artırır Dünən, 20:48 Boris Conson və Aİ rəsmiləri Ukraynada dron hücumunun hədəfinə yaxın olublar Dünən, 19:48 "Turan Tovuz" və "Araz-Naxçıvan"dan 4 qolluq heç-heçə Dünən, 19:48 ### Çoxuşaqlı ailə meyarı dəyişdirilə bilər: 3 uşaqlı ailələrə də güzəşt təklifi Dünən, 19:48 Azərbaycanda 3 600 il əvvələ aid döyüşçü məzarında nadir diorit toppuz başlığı və silahlar aşkarlanıb Dünən, 19:48 Vergi xidmətinin əməkdaşı vəfat etdi Dünən, 18:48 Bakıda sürücüləri narazı salan qayda: Giriş-çıxış artdıqca ödəniş də artır Dünən, 18:48 Bu küçədə təmir işləri həyata keçiriləcək Dünən, 18:48 Türkiyədə Cənubi Amerikadan gələn gəmidə 350 kq kokain aşkarlandı Dünən, 18:48 Türkiyənin tanınmış tekstil şirkəti 73 ildən sonra fəaliyyətini dayandırdı Dünən, 17:48 Süni intellekt sürətlə əmək bazarına daxil olur - Hansı peşələr sıradan çıxacaq? Dünən, 17:48 Konqoda Ebola epidemiyasına görə 7 mindən çox yoluxma qeydə alınıb Dünən, 17:48 Kanada Aİ-yə assosiativ üzv olmaq istəyir Dünən, 17:48 Ərdoğan Suriyaya səfər edəcək? – Hakan Fidan açıqladı Dünən, 17:48 Polis sosial şəbəkədə porno video yaymaqda şübhəli bilinən şəxsləri saxlayıb Dünən, 16:48 Litvada ilk dəfə ölkə üzrə hava hücumundan xəbərdarlıq siqnalları işə düşüb Dünən, 16:48 İran və Ermənistan sərhəddə "yaşıl" gömrük dəhlizi yaradırlar Dünən, 16:48 Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb Dünən, 16:48 Mingəçevirdə binada yanğın olub, zəhərlənənlər var Dünən, 16:48 Lənkəran-Astaraya leysan yağıb - FAKTİKİ HAVA Dünən, 15:48 Sabah çimərliklərdə suyun temperaturu 25 dərəcə olacaq Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR