
Tailandın Malayziya ilə sərhədində yerləşən Sunqaykolok şəhərində pirotexniki vasitələrin saxlandığı anbarda baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 12-ə çatıb.
"AVESTA.AZ" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Narathivat əyalət administrasiyasının mətbuat xidməti məlumat yayıb.
“Menecer Online” qəzetinin məlumatına görə, ölənlər arasında səkkiz aylıq və dörd yaşlı uşaqlar da var.
Anbarda baş vermiş partlayış və yanğın nəticəsində 121 nəfər xəsarət alıb, 111 nəfərə tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Partlayış nəticəsində yerli ticarət mərkəzinə, bazara və 500 m radiusda yerləşən evlərə böyük ziyan dəyib. Hökumət orqanlarının məlumatına görə, ümumilikdə 292 evə ziyan dəyib, onlardan 50-si tamamilə dağılıb.
Tailandın Malayziya ilə sərhədində yerləşən Sunqaykolok şəhərində pirotexniki vasitələrin saxlandığı anbarda baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 11-ə çatıb, 120-dən çox insan yaralanıb.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə Tailand Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Sunqaykolok ərazisindəki anbarda baş vermiş partlayış və yanğın sonucunda 11 nəfər ölüb, 121 nəfər xəsarət alıb, 111 nəfərə tibbi yardım göstərildikdən sonra evə buraxılıb”, - qurumun açıqlamasında bildirilib.
Tailandın Malayziya ilə sərhədində yerləşən Narathivat əyalətinin cənubundakı Sunqaykolok şəhərində pirotexnika anbarında güclü partlayış olub, nəticədə azı 9 nəfər ölüb, yüzdən çox insan yaralanıb.
"AVESTA.AZ" xəbər verir ki, bu barədə "Thai PBS" telekanalı məlumat yayıb.
Hadisə nəticəsində yerli ticarət mərkəzinə, bazara və 150 evə xeyli ziyan dəyib, bəzi yaşayış binaları tamamilə dağılıb. Yanğınsöndürmə briqadaları partlayışdan sonra genişlənməyə başlayan yanğının qarşısını alıb.
Dağıntılar altında insanların qaldığı ehtimal edilir. Regional hakimiyyət orqanları tibbi, psixoloji və humanitar yardımların göstərilməsi üçün məntəqələr yerləşdirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.