
Perunun şimal-qərbində avtobusun uçuruma düşməsi nəticəsində azı 15 nəfər ölüb.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə “RPP” radiostansiyası məlumat yayıb.
Qeyd olunub ki, San Martin departamentindən Tumbes bölgəsinə gedən avtobusda 50 sərnişin və 2 sürücü olub.
Qəzada yaralanan 20-dən çox şəxs müxtəlif xəsarətlə xəstəxanalara çatdırılıb.
Hadisənin səbəbləri hələ məlum deyil. Peru Quru Nəqliyyat İdarəsi faktla bağlı araşdırmaya başlayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.