
Türkiyənin Bursa vilayətinin İnegöl rayonunda fabrikdə baş verən yanğın onun yanındakı daha 3 fabrikə keçib.
"Report" "Haber Global"a istinadən xəbər verir ki, əraziyə cəlb edilən yanğınsöndürən qruplar alovlara müdaxilə edir.
Marşal Fevzi Çakmak küçəsində yerləşən sənaye zonasında fəaliyyət göstərən fabrikdəki yanğın qısa müddətdə yaxınlıqdakı daha 3 fabrikə yayılıb. Bu müəssisələrdə metal, mebel və iplik istehsal edilir.
Yanğının söndürlüməsi işləri hazırda davam etdirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.