
Ötən gün Türkiyənin məşhur cütlüyü aktrisa Ebru Şahin və basketbolçu sevgilisi Cedi Osmanın toy mərasimi baş tutub.
Avesta xəbər verir ki, cütlüyün toy mərasimi yaxın dostları və ailəsindən ibarət ümumilikdə 250 qonağın iştirakı ilə Çeşmedə keçirilib.
Toyda diqqət çəkən məqamlardan biri isə “TV-8” kanalının rəhbəri Acun İlıcalının cütlüyün nikah məmuru kimi çıxış etməsi olub.
Qeyd edək ki, gənclər iyulun 1-də Makedoniyada nikah bağlayıblar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.