
Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
"Report"un Muğan bürosu xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, "VAZ-2106" markalı iki avtomobil və "Mercedes" markalı bir minik maşını toqquşub. Nəticədə iki nəfər xəsarət alıb. Bunlar 1988-ci il təvəllüdlü Cavid İsmayılov və 1956-ci il təvəllüdlü Mirhəsən Abdullayevdir. Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.