
Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Veysli kəndi ərazisində qeydə alınıb.
Belə ki, Babək Hüseynovun idarə etdiyi "VAZ" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Nəticədə sərnişin, 1994-cü il təvəllüdlü Seymur Verdiyev aldığı xəsarətdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.