8-08-2023, 11:40 1081

"Donetsk və Qarabağdakı separatçılara fərqli münasibətin səbəblərindən biri də islamofobiyadır".

Bu sözləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat xatırladıb ki, hər zaman olduğu kimi Ermənistanın "TIR şousu"nda da Qərbin fərqli mövqe nümayiş etdirdiyi müşahidə olunub:

"Təəssüf ki, Qərb eyni qəbildən olan məsələlərə bir ölkədə başqa, digər ölkədə isə tamamilə fərqli münasibət nümayiş etdirir. Bu gün Qərb aşkar şəkildə Ermənistanın "TIR şousu"nu dəstəkləyir. Ayrı-ayrı ölkələrin səfirləri həmin əraziyə gələrək aksiyaya öz dəstəyini ifadə edir. Həmçinin bir sıra ölkələrin liderləri Azərbaycana təzyiq göstərməyə çalışır, beynəlxalq təşkilatlar isə Ermənistanın mövqeyini dəstəkləyirlər. Lakin nədənsə bir müddət bundan əvvəl Ukrayna ilə bağlı məsələdə Qərb Rusiyanın yox, Ukraynanın mövqeyinə öz dəstəyini göstərib. Burada söhbət hər kəsə bəlli olduğu kimi Donetskə aparılan yardımlardan gedir".

Milli Məclisin üzvü vurğulayıb ki, Donetskə göndəriləcək yardımlarla bağlı xeyli müzakirələr aparılıb və yekun olaraq Qərb dairələri bu məsələdə Ukraynaya öz dəstəyini verərək Rusiyanın bu ərazilərə humanitar yükü yalnız Ukrayna tərəfinin razılığı və qoyduğu şərtlərlə aparılmasını dəstəkləyib:

"Təəssüf ki, hazırda bizim ərazimizə qeyri-qanuni şəkildə aparılması istənilən, içərisində nə olduğunu bilmədiyimiz TIR-ların icazəsiz olaraq Qarabağa keçməsinə ciddi cəhdlə çalışıldığını müşahidə edirik. Eyni situasiyada Ukraynaya fərqli, Azərbaycana tamamilə fərqli mövqe sərgiləyən bəzi dairələr hazırda sözügedən məsələ ilə bağlı da ikili standartlardan çıxış edirlər".

C.Məmmədov bildirib ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycan bu cür ikili standartlara 30 ilə yaxındır məruz qalıb:

"Hansı ki, BMT-nin 4 qətnaməsi düz 30 il kağız üzərində qalıb və bu qətnamələrin icrası ilə bağlı heç bir iş görülməyib. Azərbaycan öz gücü hesabına həmin qətnamələrin icrasını təmin edib. Ona görə Azərbaycan tərəfi sözügedən problemlərlə bağlı məsələləri müzakirə edərkən hər zaman ikili standartlara son qoymaqla bağlı çağırışlar edib. Necə olur ki, Donetskdə olan separatçılarla bağlı bir, Qarabağdakı separatçılarla bağlı isə fərqli münasibət sərgilənir?! Bunun bir səbəbi də islamofobiya ilə bağlıdır və təbii ki, Azərbaycanın bu cür münasibəti sorğulamağa haqqı var. Beynəlxalq hüquqla təsbit olunub ki, Qarabağ Azərbaycan ərazisidir və burada yaşayan ermənilər münaqişədən əvvəl də olduğu kimi indi də Azərbaycanın vətəndaşlarıdır. Hər kəs bilməlidir ki, suveren ərazilərimizə Azərbaycanın icazəsi olmadan heç kim hansısa yük keçirə bilməz".

Paylaş

Xəbər lenti

Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Bu gün, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Bu gün, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Bu gün, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Bu gün, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Bu gün, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Bu gün, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Bu gün, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Bu gün, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Bu gün, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Bu gün, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Bu gün, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Bu gün, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Bu gün, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Bu gün, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Bu gün, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Bu gün, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Bu gün, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Bu gün, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Bu gün, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Bu gün, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Bu gün, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Bu gün, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Bu gün, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48 Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48 El-Ninyo 1950-ci ildən bəri ən güclü həddə çata bilər Bu gün, 13:48 Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər Bu gün, 13:48 Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır Bu gün, 13:48 "İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR