
Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 240 m² olan ikimərtəbəli 10 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və dam örtüyü 120 m² sahədə yanıb.
Bu barədə “AVESTA.AZ”a Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.