9-08-2023, 18:49 599

XİN Beynəlxalq Astronavtika Konqresinə qatılacaq əcnəbilər üçün sadələşdirilmiş viza prosedurunu açıqlayıb

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə əlaqədar Azərbaycana gəlmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat yayıb.

XİN-dən "Report"a daxil olan məlumata görə, 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2023-cü il sentyabrın 20-dən oktyabrın 7-dək Azərbaycanın beynəlxalq hava limanlarında viza ala bilərlər.

Viza verilməsi üçün aşağıdakı sənədlərdən biri əsas hesab edilir:

  • 74-cü Beynəlxalq Astronavtika Konqresinin beynəlxalq təşkilatçısı olan Beynəlxalq Astronavtika Federasiyasının müvafiq qaydalarına uyğun olaraq elektron qeydiyyat sistemi vasitəsilə qeydiyyatdan keçməni təsdiq edən sənəd;
  • 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə əlaqədar Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin rəsmi dəvət məktubu.
  • “ASAN Viza” sistemi vasitəsilə verilən birdəfəlik və ya çoxdəfəlik elektron vizanın rəsmiləşdirilməsi proseduru Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir. “ASAN Viza” sistemi vasitəsilə 3 iş günü müddətində verilən birdəfəlik elektron vizanın ölkədə qalma müddəti 30 günədək, çoxdəfəlik elektron vizanın ölkədə qalma müddəti 90 günədək müəyyən edilir.

  • Həmçinin “ASAN Viza” sistemi üzərindən qeyri-iş və bayram günlərindən asılı olmayaraq, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər birdəfəlik elektron vizanın sürətləndirilmiş qaydada 3 saat ərzində verilməsi məqsədilə www.evisa.gov.az internet səhifəsinə daxil olaraq müraciət edə bilərlər.

  • 2018-ci ilin 15 may tarixindən etibarən Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikası Prezidentinin aktlarında və Azərbaycan Respublikasının dövlətlərarası və ya hökumətlərarası müqavilələrdə nəzərdə tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında “ASAN Viza” sistemi vasitəsilə birdəfəlik elektron vizanın verilməsi həyata keçirilir.

  • Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında vizaların “ASAN Viza” sistemi vasitəsilə verilməsi, habelə viza ilə əlaqədar ödənişlərin “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təmin edilir.

Qeyd: Birdəfəlik elektron viza yalnız siyahıda qeyd olunan ölkələrin vətəndaşlarına rəsmiləşdirilir.

Birdəfəlik elektron viza veriləcək ölkələrin siyahısı.

Azərbaycanın beynəlxalq hava limanlarında vətəndaşlarına birdəfəlik elektron viza rəsmiləşdirilən ölkələrin siyahısı

Ölkənin adı

Rəsmiləşdirilən vizanın müddəti

1

Oman

30 gün

2

Səudiyyə Ərəbistanı Krallığı

30 gün

3

Bəhreyn

30 gün

4

Küveyt

30 gün

5

Yaponiya

30 gün

6

İndoneziya

30 gün

7

Çin Xalq Respublikası

30 gün

8

Koreya Respublikası

30 gün

9

Malayziya

30 gün

10

Sinqapur

30 gün

11

İsrail

30 gün

Aşağıda göstərilən hallarda və şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında ölkədə qalma müddəti 30 günədək müəyyən edilmiş viza rəsmiləşdirilir:

  1. Qətər Dövləti, Oman Sultanlığı, Səudiyyə Ərəbistanı Krallığı, Bəhreyn Krallığı və Küveyt Dövləti vətəndaşlarını müşayiət edən və eyni zamanda həmin ölkələrin rezident kartına sahib olan şəxslərə.

  2. Birləşmiş Ərəb Əmirliklərində 6 aydan çox etibarlılıq müddəti olan rezident vizasına malik olan şəxslərə.

  3. Yalnız Nyu-York-Bakı reysi ilə səfər edən Amerika Birləşmiş Ştatlarının vətəndaşlarına.

  4. Azərbaycan Respublikasında yaşayan ailə üzvünün vəfatı ilə əlaqədar Azərbaycan Respublikasına gəldikdə (ailə üzvünün vəfatını təsdiq edən sənəd əsasında).

  5. Ərazisində Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri, konsulluqları akkreditə olunmayan və Azərbaycan Respublikası ilə birbaşa hava əlaqəsi olan xarici ölkələrin vətəndaşları Azərbaycan Respublikasına gəldikdə.

Paylaş

Xəbər lenti

Vilayət Eyvazov xidmətə qəbul üçün növbəti sıra baxışı keçirib Bu gün, 18:48 Ermənistan Qarabağdan könüllü çıxmaq niyyətində deyildi - RƏY Bu gün, 18:48 Nazirlər Kabineti şagirdlərin geyim formasını təsdiqləyib Bu gün, 18:48 Bakıda hazırda bu yollarda sıxlıq var - Siyahı Bu gün, 18:48 Üç rayonda yeni məktəb tikiləcək - 15,4 milyonluq LAYİHƏ Bu gün, 18:48 Valideynlər yaxın məktəb əvəzinə niyə uzaqdakını seçirlər? Bu gün, 18:48 Azərbaycanda banklar birləşəcək? - Açıqlama Bu gün, 17:48 Bank köçürmələri daha ciddi izlənəcək: sıravi vətəndaşlara təsiri nə olacaq? Bu gün, 17:48 Sabir Rzayev vəzifədən ayrıldı Bu gün, 17:48 Masallıda toyuq kəsimi sahələrində nöqsanlar aşkarlanıb Bu gün, 17:48 Bakıda marketdə qadını döyən şəxs həbs edilib Bu gün, 17:48 "Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib Bu gün, 17:48 Cəlilabadda açıq ərazi yanır Bu gün, 17:48 Avtobusda boş yer olmadığı təqdirdə sərnişinlərə bildiriş göndəriləcək Bu gün, 16:48 "Tiktok"da quzu "satan" Orxan Həsənov saxlanıldı Bu gün, 16:48 Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir Bu gün, 16:48 Lənkəranda üç gün əvvəl döyülən yeniyetmə xəstəxanada ölüb Bu gün, 16:48 AZAL 8 ayda Mərkəzi Asiya ölkələrinə 400 000-ə yaxın sərnişin daşıyıb Bu gün, 16:48 Bu şəxslər üçün viza proseduru sadələşdirildi Bu gün, 16:48 Politoloq: ""Yeni ərazilər" yanaşması danışıqları dalana dirədi" Bu gün, 15:48 Baş Prokurorluq və UNODC terrorçuluğa qarşı birgə mübarizəni müzakirə edib Bu gün, 15:48 Adriana Lima dəyişimi ilə səs-küyə səbəb oldu Bu gün, 15:48 Polşada Azərbaycana qarşı təxribatın qarşısı alınıb Bu gün, 15:48 Bakıda iki bağça fəaliyyətə başlayıb Bu gün, 15:48 Özbəkistan hərbçiləri Qarabağda Bu gün, 15:48 Sumqayıt sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR - 1,4 milyon manat ayrıldı Bu gün, 15:48 Ötən həftə 1840,3 ha ərazi minalardan təmizlənib Bu gün, 15:48 Həsən Həsənov: Albaniya Atropatenanın törəməsidir və bu fakt sovet dövründə təhrif olunub Bu gün, 15:48 Anar Oruclu vəzifəsindən azad olundu - Yeni təyinat Bu gün, 15:48 Daha 3 boksçumuz Avropa çempionatın 1/4 finalında Bu gün, 14:48 Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışıb: Kim tənqid edir, özü bilər Bu gün, 14:48 Bakıda tanınmış həkim əməliyyatdan sonra öldü Bu gün, 14:48 AITO M6, M7 və M8 Azərbaycanda rəsmi təqdim olundu Bu gün, 14:48 Özbəkistan hərbçiləri birgə təlim üçün Azərbaycana gəlib Bu gün, 14:48 Ramin Məmmədov Bakıda vətəndaşları qəbul edib Bu gün, 14:48 SOCAR-ın kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib Bu gün, 14:48 Könüllü qanvermə aksiyası keçiriləcək Bu gün, 14:48 Tanınmış aktyor da "Bəy Mamed"dən şikayətçidir: MTK sahibi nə cavab verdi? Bu gün, 14:48 Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib Bu gün, 13:48 Ramana Qəsri yenidən qapılarını ziyarətçilərin üzünə açdı Bu gün, 13:48 UEFA nümayəndələri tərəfindən Bakı Olimpiya Stadionuna ilkin baxış olub Bu gün, 13:48 Gəncədə iki nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub Bu gün, 13:48 "Neftçi" qələbə sayında "Qarabağ"a yaxınlaşdı Bu gün, 13:48 Supermodelin 27 yaşlı oğlu vəfat etdi Bu gün, 13:48 Fərid Şəfiyev: Ermənilər Qafqaz Albaniyasının tarixini inkar etmək, erməniləşdirmək istəyirlər Bu gün, 12:48 Nazim Umbayev Bakıdakı dünya çempionatına təyinat alıb Bu gün, 12:48 Pensiya və maaşlarla bağlı ŞAD XƏBƏR - 1,1 milyon vətəndaş... Bu gün, 12:48 Ramiz Mehdiyevin cinayət işi üzrə hazırlıq iclası keçirilib Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR