
Rusiyanın Saratov vilayətinin Volski rayonunda yerləşən yaşayış binalarının birində partlayış olub.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 3-ü uşaq olmaqla 4 nəfər yaralanıb.
Ölkənin Səhiyyə Nazirliyindən verilən məlumata görə, 2 uşağın və 1 yetkinin durumu orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.