
Cəlilabadda xəsarətlə nəticələnən iki yol qəzası baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, qəzalardan biri Uzuntəpə kəndi ərazisində qeydə alınıb. Bu qəza nəticəsində 1994-cü il təvəllüdlü Süleyman Yarıyev xəsarət alıb.
Daha bir avtoqəza nəticəsində 1987-ci il təvəllüdlü Elşad Təhməzov xəsarət alıb. Hər iki yaralı rayon xəstəxanasına çatdırılıb.
Faktlarla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.