
Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Avesta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 38 450-yə yaxın canlı qüvvəsini itirib.
Bundan başqa, Rusiyanın 1 687 ədəd tankı, 3 886 ədəd zirehli döyüş maşını, 849 ədəd artilleriya sistemi, 248 ədəd reaktiv yaylım atəşi sistemi, 113 hava hücumundan müdafiə sistemi, 220 ədəd hərbi təyyarəsi, 188 ədəd helikopteri, 166 qanadlı raketi, 2 753 ədəd nəqliyyat vasitəsi, 15 ədəd gəmi-kateri, 690 ədəd dronu və 70 ədəd xüsusi texnikası məhv edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.