
"Biz Ukraynanın ərazi bütövlüyünə hörmət edirik, ümid edirəm ki, Ukrayna da bizim ərazi bütövlüyümüzə hörmətlə yanaşır".
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç Afinaya səfəri zamanı jurnalistlərə bildirib.
O, həmçinin ukraynalı həmkarı Volodimir Zelenskinin xahişini qəbul etdiyini və avqustun 22-də onunla təkbətək görüş keçirəcəyini açıqlayıb:
"Sabah Ukrayna Prezidentinin xahişi ilə onunla ikitərəfli görüş keçirəcəyəm. İnanıram ki, açıq və yaxşı söhbət baş tutacaq".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.