
"İranda işsizlik və narkomaniyaya görə boşanma halları artıb".
"Report" İranın telegram kanallarına istinadən xəbər verir ki, bunu İran parlamentinin Tehran şəhərindən seçilmiş millət vəkili Möhsün Pirhadi deyib.
O bildirib ki, son 20 ildə boşanmaların sayı 162 faiz artıb. İnsanların 70%-i narkomaniyaya qurşananların və məcburi əməyə cəlb edilən uşaqların sayının artmasından narahatdır”.
“20 il ərzində boşanmaların bu qədər artması işsizlikdən iqtisadi böhrana, ailədaxili zorakılığa və sosial problemlərə qədər bir-biri ilə əlaqəli olduğunun açıq-aşkar sübutudur”, - o qeyd edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.