1-09-2023, 14:43 471

Azərbaycan Premyer Liqası: “Zirə” 7 ildir Qəbələdə qalib gələ bilmir - STATİSTİKA

Azərbaycan Premyer Liqasının V turunda “Qəbələ”nin qonağı olacaq “Zirə” 7 ildir rəqibinə səfərdə qalib gələ bilmir.

“AVESTA.AZ”un məlumatına görə, bakılılar çempionat çərçivəsində indiyə qədər cəmi bir dəfə Qəbələdən 3 xalla dönməyi bacarıblar.

Bu, 2016-cı ilin martına təsadüf edib. 2015-ci ildən elitada mübarizə aparan “Zirə” Qəbələ səfərində çıxdığı son 13 duelin 7-də heç-heçə etməklə yadda qalıb. Digər 6 matçda meydan sahibləri qələbə qazanıblar. Doğma arenadakı qarşılaşmalarda top fərqi də bölgə təmsilçisinin xeyrinədir - 17:10.

Ümumiyyətlə, “Qəbələ” ilə “Zirə” sentyabrın 2-də Premyer Liqa çərçivəsində 32-ci dəfə üz-üzə gələcəklər. Burada da üstünlük “qırmızı-qaralar”ın tərəfindədir. Bölgə təmsilçisinin 11 qələbəsinə qəsəbə klubu 6 qalibiyyətlə qarşılıq verib. Digər 14 matç "sülh" ilə yekunlaşıb.

Bu komandaların duelində ən çox 1:1 hesabı qeydə alınıb. 8 görüşdə tərəflər hərəyə bir dəfə fərqləniblər. Bunun isə 5-i Qəbələdəki matçda baş tutub.

Cəmi 3 qarşılaşmada böyükhesablı nəticəyə rast gəlinib. Hər üç halda “Qəbələ” rəqibini 3 cavabsız qolla üstələyib. Bunun ikisi paytaxtda yaşanıb. “Zirə” 6 qələbənin 5-ni bir top fərqi ilə qazanıb. “Qartallar” “Qəbələ” üzərində ən böyükhesablı qalibiyyəti 2021-ci ildə evdə qazanıblar - 2:0.

“Qəbələ” son 5 duelin hamısında rəqibini meydanın mərkəzinə dəvət etməyi bacarıb. Rəşad Sadıqovun yetirmələri axırıncı dəfə ilyarım əvvəl – 2022-ci ilin martında “Qəbələ” önündə qapısının toxunulmazlığını qoruya biliblər.

Səkkiz illik rəqabətdə baş tutan 31 oyunda qapılara ümumilikdə 65 qol vurulub. Bunun 38-i “Qəbələ”nin, 27-si isə “Zirə”nin hesabındadır.

Qeyd edək ki, sentyabrın 2-də Qəbələdə keçiriləcək “Qəbələ” – “Zirə” matçı saat 18:00-da başlayacaq. Hazırda “Zirə” 12 xalla turnir cədvəlinə başçılıq edirsə, xal qazana bilməyən “Qəbələ” sonuncu pillədədir.

Paylaş

Xəbər lenti

İki güləşçimiz yarımfinalda Bu gün, 17:48 Binədə 9 mənzildən oğurluq edən şəxs həbs edilib Bu gün, 17:48 Əmək zəmanəti tələbi əlilliyi olan şəxslərin reyestrindən çıxarılıb Bu gün, 17:48 MEDİA: Gəncə Şəhər İcra Hakimiyyətində araşdırma aparılması ilə bağlı yayılan məlumatlar əsassızdır Bu gün, 17:48 Bağça müdiri olmaq istəyənlərin diqqətinə Bu gün, 17:48 Bakıda Atatürk və Antena parkları birləşdirilir - PARKİNQ LƏĞV OLUNUR Bu gün, 17:48 Vinisiusu təhqir edən futbolçuya CƏZA VERİLDİ Bu gün, 17:48 Ermənistan seçkiqabağı döyüş meydanına çevrilir? Bu gün, 17:48 Azərbaycanda bu imtahanda iştirak qiyməti 60 manat oldu Bu gün, 16:48 Kamran Əliyev İran səfiri ilə regional hadisələri və ikitərəfli əlaqələri müzakirə edib Bu gün, 16:48 Nazirlər Kabineti vahid indekslərin siyahısında dəyişiklik edib Bu gün, 16:48 Çoxmənzilli binalarda fərdi istilik sistemlərinə icazə halları müəyyənləşib Bu gün, 16:48 AFFA və WUF13 Əməliyyat Şirkəti "Futbolda davamlı idarəetmə" mövzusunda birgə seminar təşkil edib Bu gün, 16:48 Premyer Liqa: XXXI turun oyun cədvəli müəyyənləşib Bu gün, 16:48 Bolt-dan yeni xidmət: 4,99 AZN ilə daha çox qənaət Bu gün, 16:48 "Son zəng" tədbiri ilə bağlı VACİB XƏBƏR Bu gün, 16:48 Küləkli hava davam edir - FAKTİKİ HAVA Bu gün, 16:48 "Qarabağ"ın 9 oyunluq "Sabah" sindromu: Mircavadov Bakı klubunun yüksəlişini sevindirici hal sayır Bu gün, 15:48 AZAL mayda Naxçıvana getmək istəyənlərə ÇAĞIRIŞ ETDİ Bu gün, 15:48 ADY: Yola kənar insan müdaxiləsinə görə 4 toqquşma hadisəsi baş verib Bu gün, 15:48 "Qobu Park" yaşayış kompleksində şərti yanğın təlimi keçirilib Bu gün, 15:48 Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb Bu gün, 15:48 Elvin Cəfərquliyevlə bağlı YENİ XƏBƏR - "Neftçi"yə gedir Bu gün, 15:48 "AzParking"in mülki geyimli əməkdaşları vətəndaşları cərimələyir? - Açıqlama Bu gün, 15:48 Çinli alimlər Ay nümunələrində iki yeni mineral aşkar ediblər Bu gün, 14:48 Kür çayında su səviyyəsinin artması ilə bağlı vəziyyət müzakirə edilib Bu gün, 14:48 ANAMA Qazaxın azad edilmiş kəndlərində indiyə qədər 256 ha ərazini təmizləyib Bu gün, 14:48 Vüsal Aslanov yeni rəis təyin etdi Bu gün, 14:48 Təmir işləri zamanı XƏTT ZƏDƏLƏNDİ - 11 min abonent qazsız qaldı Bu gün, 14:48 Əkiz bacı-qardaşdan imtahanda UĞURLU NƏTİCƏ Bu gün, 14:48 Yelo Bank Aİ-nin 20-ci sanksiya paketində Yelo Bank-ın adının yer almasına aydınlıq gətirib Bu gün, 13:48 Füzulidəki bərpa işləri ilə bağlı təqdimat olub Bu gün, 13:48 İsrail Livanın cənubuna zərbələr endirib – "Hizbullah" hədəf alınıb Bu gün, 13:48 Maduro əməliyyatında iştirak edən və qumardan 409.000 dollar qazanan ABŞ əsgəri həbs edilib Bu gün, 13:48 Alimlər gənclərdə qəfil ölümün SƏBƏBİNİ müəyyən ediblər Bu gün, 13:48 Meta işçi sayısının 10 faizini ixtisar edir: təxminən 8 min nəfər işdən çıxarılacaq Bu gün, 13:48 Tramp: "Mənim çox vaxtım var, İranın isə yoxdur" Bu gün, 13:48 Azərbaycanda I rübdə müavinət və təqaüd ödənişləri 561 milyon manata çatıb Bu gün, 13:48 1127 abonentin qazı daxildən dayandırılıb Bu gün, 12:48 300 bal toplayan Emiliya: "Heç bir hazırlığa getməmişəm" Bu gün, 12:48 Ələt azad iqtisadi zonasına əlavə torpaq sahəsi verilib - SƏRƏNCAM Bu gün, 12:48 Bu şəxslərə 2 750 manatlıq birdəfəlik pul veriləcək - SƏRƏNCAM Bu gün, 12:48 Azərbaycan səmasında parlaq izlər görünə bilər Bu gün, 12:48 Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM Bu gün, 12:48 Sabah Bakıda 18° isti olacaq - HAVA PROQNOZU Bu gün, 12:48 Ağcabədidə Kür çayında yarılan bənd bərpa edilib Bu gün, 12:48 Füzulidə körpələr evi-uşaq bağçasının açılışı olub Bu gün, 12:48 Azərbaycan XİN Ermənistanda Türkiyə bayrağının yandırılmasını pisləyib Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR