28-07-2022, 19:21 1046

Günəş qasırğasının dəhşəti:

"Son 20 ildə Yerətrafı orbitdə müxtəlif obyektlərin sayı 4 dəfə artıb, ona görə də onların toqquşma riski həndəsi silsilə ilə artır..."

"İlon Mask kosmosa daha 42 peykini göndərməyi vəd edib"
 
"Geomaqnit qasırğalarla bağlı daha bir problem kosmik zibillə toqquşmaq problemidir" 
 
"SpaceX" şirkətinin sahibi İlon Mask kosmik hava üzrə ekspertlərdən mühüm xəbərdarlıq alıb. 
 
Onlar iddia edir ki,  Günəşdə tez-tez baş verən partlayışlar və
koronar kütlələrin ifrazı Yerdə geomaqnit qasırğalarına səbəb olur və bu, "Starlink" peyklərini sıradan çıxara bilər.
 
Avesta.az xəbər verir ki, bu barədə Britaniyanın "Daily Expess" nəşri məlumat yayıb.
 
Nəşr xatırladıb ki, ötən həftə Günəşdə AR3058 adlı yeni ləkə əmələ gəlib. O, M sinifli güclü Günəş partlayışına və koronal kütlənin ifrazına səbəb olub. Onlar Yerdə bir neçə gün davam edən güclü geomaqnit qasırğalarının meydana çıxmasına səbəb olub. 
 
Mütəxəssislərin sözlərinə görə, Günəşdə güclü püskürmələr ehtimalı hələ ki, saxlanılır.
 
Hal-hazırda Yerətrafı orbitdə Amerikanın "Starlink" və Britaniyanın "OneWeb" kimi minlərlə rabitə peykləri işəyir.
 
İlon Mask əmin edir ki, o, kosmosa əlavə olaraq özünün daha 42 min peykini göndərməyi planlaşdırır.
 
Lakin kosmik havanı izləyən mütəxəssislər Maskı xəbərdar edib ki, getdikcə daha tez-tez baş verən güclü geomaqnit qasırğalar "Starlink" peyklərini zədələyə bilər. 
 
Bu peyklərin sıradan çıxması ehtimalı çox yüksəkdir. Amerikalı milyardçının avadanlığı ilə bağlı oxşar vəziyyət bundan öncə də baş verib,  o zaman 49 peykin buraxılışından sonra geomaqnit qasırğası baş verib və onların 40 ədədi sıradan çıxıb.
 
Qəzet yazır ki, geomaqnit qasırğalarla bağlı daha bir problem var, bu da kosmik zibillə toqquşmaq problemidir.
 
Ekspertlərin məlumatına görə, hazırda Yer orbitində ölçüləri 10 sm-dən böyük olan təxminən 20 min obyekt var. Aşağı Yer orbitində peyklərin və istənilən başqa obyektin, o cümlədən kosmik zibilin yerdəyişməsini ABŞ kosmik müşahidə Şəbəkəsi izləyir (mütəxəssislər peyklərin kosmik zibillə toqquşmamasını izləyir və peyk sahibləri olan şirkətlərə təhlükə olduğu zaman tədbirlər görməsi üçün gündəlik xəbərdarlıq edirlər).
 
Lakin güclü geomaqnit qasırğalar zamanı ekspertlər praktiki olaraq belə obyektlərin uçuş trayektoriyalarını dəqiq proqnozlaşdırmaqda acizdir. Ona görə də peyklər təkcə bilavasitə geomaqnit qasırğadan zərər çəkmir, həm də qeyri-dəqiq məlumatlardan sıradan çıxa bilər ki, bu da kosmik zibillə toqquşmaya gətirib çıxara bilər, alimlər xəbərdarlıq edir.
 
Belə ki, meteoroloq Ceykob Mors güman edib ki, bu yaxınlarda baş verən geomaqnit qasırğa artıq "Starlink" peyklərinin birini sıradan çıxarıb. O, hətta özünün "Twitter" səhifəsində səmada uçan obyektin fotosunu dərc edib və onun Maskın peyki olduğunu güman edib.
 
Öz növbəsində Kolorado ştatının Boulder şəhərində yerləşən Universitetdən tədqiatçı Tom Berger əmin edib ki, hal-hazırda Yerətrafı orbitdə xaos riski sürətlə artmaqdadır.
 
"Son 20 ildə orbitdə müxtəlif obyektlərin sayı 4 dəfə artıb, ona görə də onların toqquşma riski həndəsi silsilə ilə artır. 
 
Hazırda bundan yan keçmək üçün peyklər daha tez-tez manevr etməlidir, axı, əvvəllər belə şey olmayıb", - Berger qeyd edib.
Paylaş

Xəbər lenti

Azərbaycanla Mərakeş arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub Bu gün, 08:48 Xəzər dənizində yeni ada üzə çıxıb - Dənizin geri çəkilməsi narahatlıq yaradır Bu gün, 08:48 ABŞ miqrantların deportasiyası üçün qeyri-adi üsulu nəzərdən keçirir Bu gün, 08:48 İlham Əliyev Trampa Nobel Sülh Mükafatının veriləcəyinə ümid etdiyini bildirib Bu gün, 08:48 Bakıda 17 yolda nəqliyyatın sıxlığı müşahidə olunur Bu gün, 08:48 Ronaldunun anası danışdı: "Oğlum Portuqaliya üçün həmişə qəhrəman olaraq qalacaq" Bu gün, 00:48 Hadrutun işğaldan azad olunmasından 6 il ötür Bu gün, 00:48 Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır Dünən, 23:48 Putin: Yaxın Şərqdə mürəkkəb vəziyyət yaranıb Dünən, 23:48 Azərbaycanda ictimai birliyin sədri və məsul əməkdaşı həbs edildilər Dünən, 23:48 Ficidə Azərbaycanın SIDS ilə həmrəyliyi qabardılıb Dünən, 23:48 Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər Dünən, 23:48 Ermənistanda hərbi xidmətə çağırış yaşı artırılır Dünən, 22:48 Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb Dünən, 22:48 Paşinyan Türkmənistan və Özbəkistan prezidentləri ilə regional əməkdaşlığı müzakirə edib Dünən, 22:48 AFFA FIFA ilə bağlı islahat çağırışını dəstəkləməyən yeganə assosiasiya olub Dünən, 22:48 Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası və qardaşıdır Dünən, 22:48 Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub Dünən, 21:48 Bakıda polisllər baş verə biləcək bədbəxt hadisənin qarşısını vaxtında aldılar Dünən, 21:48 Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib Dünən, 21:48 Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb Dünən, 21:48 XİN Cəbrayıldakı mina partlayışları ilə bağlı məlumat yayıb Dünən, 21:48 Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir Dünən, 20:48 "Baku TV": Türkmənistanda region üçün mühüm siyasi görüş keçirilir Dünən, 20:48 TDT ölkələri vahid xəritə və coğrafi adların kataloqunu yaradacaq Dünən, 20:48 Azərbaycan Mərkəzi Asiya ilə münasibətlərdə yeni mərhələyə qədəm qoyub Dünən, 20:48 AAYDA: Siyəzən-Məşrif-Qalaaltı yolunda qəzalı körpünün əvəzinə yeni körpü tikilir Dünən, 20:48 II Qareginin qardaşı və qardaşı oğlu təqsirli biliniblər Dünən, 19:48 Neft qiymətləri yenidən kəskin yüksəlib Dünən, 19:48 "Baku TV": Prezidentin səfərinin əsas istiqamətlərindən biri Mərkəzi Asiya ilə əməkdaşlığın genişləndirilməsidir Dünən, 19:48 "Baku TV": Azərbaycan-Türkmənistan əlaqələri yeni məhələyə qədəm qoyub Dünən, 19:48 "Baku TV" Azərbaycan və Türkmənistan xalqları arasında dostluğu qabardıb Dünən, 19:48 III Beynəlxalq Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşib Dünən, 18:48 Pensiyalarda yeni indeksasiya: Kimin təqaüdü daha çox artacaq? Dünən, 18:48 Laura İsak: Şuşa məndə böyük təəssürat yaradıb Dünən, 18:48 TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır Dünən, 18:48 Bakıda maşın qadın və azyaşlını piyada keçidində vurdu - TƏBİB-dən AÇIQLAMA/ANBAAN VİDEO Dünən, 17:48 Cəbrayılda 26 yaşlı kişi mina partlayışında yaralanıb Dünən, 17:48 Azərbaycandan Gürcüstana qiymətli metal keçirmək istədi - "Qırmızı körpü"də saxlanıldılar Dünən, 17:48 Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib Dünən, 17:48 Müdafiə Nazirliyində mənimsənilmiş dövlət vəsaitinin 12 milyon manatını general qaytarıbmış Dünən, 17:48 MKA: Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur Dünən, 17:48 Dünyaşöhrətli beynəlxalq səyyahların Ağdama səfəri başlayıb Dünən, 17:48 Şəmkirdə bazarda ciddi nöqsanlar aşkarlanıb – fəaliyyəti nəzarətə götürüldü Dünən, 17:48 Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb Dünən, 17:48 İtkin düşmüşlərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib Dünən, 17:48 Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib - 23 motoxuliqan saxlanılıb Dünən, 16:48 Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR