
“Latın Amerikası və Karib hövzəsi ölkələrindəki hər 4 miqrantdan 1-i uşaqdır”.
“AVESTA.AZ” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin məlumatında bildirilib.
Belə ki, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİCEF) Latın Amerikası və Karib hövzəsindəki miqrant uşaqların sayının artmasına diqqət çəkib. Açıqlamada bölgədəki miqrasiyanın 25 faizinin uşaqların təşkil etdiyi vurğulanır.
UNİCEF-in Latın Amerikası və Karib hövzəsi üzrə direktoru Qarri Konil regionda uşaq miqrasiyasının sürətinin rekord həddə çatdığını qeyd edib.
Məlumatda Latın Amerikası və Karib hövzəsindəki bəzi uşaqların çox vaxt təkbaşına köç üçün yola çıxdığı vurğulanır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.