
Avropa İttifaqı Şurasının prezidenti Çarlz Mişel daşqınların zərər vurduğu Yunanıstan, Bolqarıstan və Türkiyəyə kömək etməyə hazır olduğunu bildirib.
Bu barədə “AVESTA.AZ” xarici KİV-ə istinadən xəbər verir.
Avropa İttifaqı Şurasının sədri qeyd edib ki, daşqınların baş verdiyi ölkələrə yardıma hazırdır:
“Sel zamanı həyatını itirənlərin ailələri və hər şeyini itirən insanlar üçün kədərliyik. Əgər ehtiyacınız varsa, sizə dəstək olmaq üçün əlimizdən gələni edəcəyik”, - Çarlz Mişel sosial şəbəkədəki paylaşımında qeyd edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.