8-09-2023, 10:55 495

Azərbaycan FAO ilə “ağıllı kənd”lərin yaradılması istiqamətində əməkdaşlığa hazırdır

Azərbaycan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə ölkədə kəndlərin rəqəmsallaşma yolu ilə “ağıllı kənd”ə çevrilməsi istiqaməti üzrə əməkdaşlığa hazırdır.

“AVESTA.AZ”un Kənd Təsərrüfatı Nazirliyinə istinadən verdiyi məlumata görə, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Özbəkistanın Səmərqənd şəhərində ərzaq təhlükəsizliyi üzrə beynəlxalq konfrasda iştirak edərkən bildirib.

M. Məmmədov bildirib ki, dayanıqlı aqrar qida sistemlərinin yaradılmasında kənd təsərrüfatının rəqəmsallaşdırılması, eləcə də qabaqcıl texnologiyalar və ən yaxşı təcrübələrin tətbiqi mühüm əhəmiyyət kəsb edir. Nazir əhalisinin sayı daim artan dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün aqro-ərzaq sistemlərinin transformasiyasının vacib olduğunu diqqətə çatdırıb.

Azərbaycan hökumətinin kənd təsərrüfatında rəqəmsallaşmaya xüsusi önəm verdiyini deyən M. Məmmədov əlavə edib ki, torpaqlarımız işğaldan azad edildikdən sonra Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ bölgəsini yaşıl enerji zonası elan edib: “Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması, bu ərazilərdə gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması istiqamətində genişmiqyaslı tədbirlər uğurla həyata keçirilir”.

Qeyd olunub ki, bu ərazilərdə kənd təsərrüfatı ən yaxşı texnologiya və təcrübələri özündə ehtiva edən “ağıllı kənd” konsepsiyasına əsasən inkişaf etdiriləcək. Bu hədəf FAO-nun müxtəlif ölkələrdə kəndlərin rəqəmsallaşma yolu ilə gələcəkdə “ağıllı kənd”ə çevrilməsi planına uyğun gəldiyindən Azərbaycan bu istiqamətdə sıx əməkdaşlığa hazırdır. Bununla yanaşı, digər strateji təşəbbüslərə qoşulan Azərbaycan beynəlxalq platformalarda da effektli əməkdaşlığı dəstəkləyir.

Qeyd edək ki, FAO-nun texniki dəstəyi, Özbəkistan hökumətinin təşkilatçılığı ilə keçirilən bu mötəbər beynəlxalq tədbirdə 30-dan çox ölkənin rəsmiləri, nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxsləri, elmi-tədqiqat müəssisələrinin mütəxəssisləri və ekspertlər iştirak edib. Azərbaycanı beynəlxalq tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov təmsil edib.

Konfransda ərzaq təhlükəsiziliyinin, kənd təsərrüfatının dayanaqlı inkişafının təmin edilməsi ilə bərabər ətraf mühitin, eləcə də torpaq və su resurslarının qorunması, innovasiyaların kənd təsərrüfatının müxtəlif sahələrinə tətbiqi məsələsinin müasir dövrün ən aktual çağırışlarından olduğu vurğulanıb.

Konfrans işini mövzu ətrafında panel sessiyalarla davam etdirib.

Tədbir iştirakçıları “Özbəkistan aqro-ərzaq investisiya forumu”nda iştirak edib, “Özbəkistanın aqro-ərzaq potensialı” sərgisinə baş çəkib, sərgidə nümayiş olunan kənd təsərrüfatı texnikaları, qida sənayesinin müxtəlif sahələri üçün avadanlıqlar, qida məhsulları, istehsalın avtomatlaşdırılması üçün həll variantları, qablaşdırma materialları və digər məhsullara baxış keçiriblər.

Səfər çərçivəsində M. Məmmədov Qətərin Bələdiyyə və Ətraf Mühit naziri Abdullah bin Abdulaziz bin Turki Al-Subaie ilə görüşüb. Görüşdə Azərbaycan və Qətər arasında aqrar sahədə əməkdaşlıq, kənd təsərrüfatı sahəsində ticarət dövriyyəsinin artırılması, “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun yenilənməsi, bu ilin oktyabr ayında Qətərdə keçiriləcək bağçılıqla bağlı sərginin əhəmiyyəti və Azərbaycanın bu sərgidə iştirakı məsələləri müzakirə olunub.

Eyni zamanda, M. Məmmədov və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) ixtisaslaşmış qurumu olan Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının (IOFS) baş direktoru Yerlan Baidaulet arasında görüş keçirilib. Tərəflər regional qida təhlükəsizliyinin təmin edilməsi məsələsini müzakirə ediblər, bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi istiqamətində imkanlar nəzərdən keçirilib.

Səfər çərçivəsində M. Məmmədovla Qırğız Respublikasının kənd təsərrüfatı naziri Askarbek Canibekovla ikitərəfli görüş baş tutub. Görüşdə iki ölkə arasında kənd təsərrüfatı, xüsusilə heyvandarlıq, toxumçuluq sahələrində gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Qırğız tərəfi rəqəmsallaşma, “in-vitro” laboratoriyası sahələrində Azərbaycan təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını qeyd edib və bununla bağlı qarşılıqlı razılıq əldə olunub.

Səfər çərçivəsində tədbir iştirakçılarının Səmərqənddə kənd təsərrüfatı obyektləri və sahələrə baxış keçirməsi nəzərdə tutulur.

Paylaş

Xəbər lenti

İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48 Xalq artistindən iddialı açıqlama: "Pisəm? xoş getdin!" Bu gün, 14:48 Uşaq geyimləri və məktəb ləvazimatları ilə bağlı yeni qaydalar hazırlanır Bu gün, 14:48 Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib Bu gün, 14:48 Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48 40 yaşlı Fahriye Evcenlə 61 yaşlı Oktay Kaynarcanın serialından İLK FOTOLAR Bu gün, 13:48 Sərxoş halda komando hərbçisini vurub öldürən sürücüyə hökm oxundu Bu gün, 13:48 Rafet El Roman: "Eşqi 68 yaşında tapdım" Bu gün, 13:48 Dekabrda bu bürclər üçün yeni iş fürsətləri yaranacaq Bu gün, 13:48 Hər evdə olan məşhur Yeni İl əyləncəsi ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 13:48 Xalq artisti Elmira Şabanova dəfn olundu Bu gün, 13:48 Hülya Avşarın qızı evlilik təklifi aldı - Ailə quracaq Bu gün, 13:48 Məşhur aktrisa 19 ildir psixoloqa gedir Bu gün, 13:48 Azərbaycanda beş məktəbə yeni direktor təyin edildi Bu gün, 12:48 Metroya yaxın tam təmirli mənzillər – Biləcəridə son seçimlər Bu gün, 12:48 Ermənistan "Tramp marşrutu" ilə bağlı müqaviləni təsdiqlədi Bu gün, 12:48 Efirdə qalmaqallı mübahisə: "Xanım başqa şeydir, arvad başqa" Bu gün, 12:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb Bu gün, 12:48 Dubaydan Bakıya gətirilən 166 min manatlıq zinət əşyaları gömrükdə aşkarlandı Bu gün, 12:48 Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48 Ayxan Abbasov: "Barselona"nın baş məşqçisi "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi" Bu gün, 11:48 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi Bu gün, 11:48 "PAŞA Bank" X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib Bu gün, 11:48 Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri AÇIQLANDI Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48 "Fitch" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi Bu gün, 10:48 65 yaşında xərçəngdən vəfat etdi Bu gün, 10:48 "Sabah"ın qapıçısı Çempionlar Liqasında lider oldu Bu gün, 10:48 Azərbaycanda qar yağdı, güclü külək əsdi – FAKTİKİ HAVA Bu gün, 10:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək Bu gün, 10:48 Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub Bu gün, 10:48 Süni intellektlə hazırlanan videoları seçə bilməyin 5 YOLU Bu gün, 10:48 Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR