
Koreya Respublikasının müdafiə naziri Li Çjon Sop dəniz piyadasının ölümü ilə bağlı qalmaqal fonunda istefa vermək istəyini açıqlaya bilər.
“Report” xəbər verir ki, bu barədə agentliyi hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
“Eşitdim ki, nazir Li Çjon Sop istefa vermək diləyini bildirib. Son zamanlar impiçment siyasi dairələrdə müzakirə olunur, o, təhlükəsizlik sektorunda boşluq yaratmamaq üçün bu qərarı verib”, - mənbə bildirib.
Xatırladaq ki, iyul ayında sözügedən hərbi qulluqçu Cənubi Koreyada güclü yağışlardan sonra axtarış-xilasetmə əməliyyatı zamanı ölüb. KİV-in məlumatına görə, hadisələrdə iştirak edən dəniz piyadalarına xilasedici jiletlər verilməyib. Müxalifət müdafiə nazirinin işin istintaqına müdaxilə etməyə cəhd etdiyindən şübhələnir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.