15-09-2023, 09:59 665

Azərbaycanın avtomobil bazarında durğunluq davam edir

Bu ilin avqust ayında Azərbaycanın avtomobil bazarında aktivlik iyul ayına nisbətən daha aşağı olub.

Bu barədə "AVESTA.AZ"a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib.

O bildirib ki, artıq sentyabrın ortaları olsa da, bazarda aktivlik yüksəlməyib:

"Həm yeni, həm də köhnə avtomobillərin qiymətində kəskin dəyişiklik yoxdur. Sentyabrın sonlarına doğru bazarda aktivliyin artacağını gözləyirik. Ötən ay yeni avtomobillərdən daha çox mini krossoverlərə üstünlük verilib. Hibrid avtomobillər yenə trenddədir. Amma bu o demək deyil ki, ən çox onlar satılır. Yenə də benzin mühərrikli avtomobillərə tələbat daha çoxdur. Köhnə avtomobil bazarı hələ fəallaşmayıb. Orda da tələbat əsasən benzin mühərrikli sedanlaradır. Bunlar mühərrik həcmi 1 500 kub santimetrdən 2 000 kub santimetrə qədər olan avtomobillərdir".

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev də ötən il avtomobil satışlarının aşağı olduğunu deyib:

"Avqust ayında ölkədəki bir çox şirkət və dövlət qurumlarında çalışan insanların məzuniyyət və tətil dönəmi olur. Bu səbəbdən avtomobil satışları zəifləyir. Ölkəmizdəki rəsmi dilerlərin də satış göstəriciləri ötən ay aşağı olub. Bu hal təkcə yeni avtomobillərə deyil, ikinci əl avtomobillərə də aiddir. Hər il əsasən sentyabrın sonundan satışlarda aktivlik hiss olunur. Bu il də eyni halın təkrar olacağı gözlənilir".

O, son dövrlər elektrikli avtomobillərə tələbatın artdığını vurğulayıb:

"Elektrikli avtomobillərin qiymət çeşidlərində də əvvəlkinə nisbətən dəyişiklik var. Artıq hər qiymətə elektromobil almaq olur. Bakıda elektrikli avtomobillər üçün infrastruktur genişlənir. Şarj məntəqələri çoxalır. Hibrid avtomobillərə maraq həmişə var. Sadəcə istehsalçı zavodlar Azərbaycan bazarını kifayət qədər hibrid avtomobillə təmin etmir".

E. Əliyevin fikrincə, əvvəllər ABŞ-dan Azərbaycana ikinci əl avtomobillər çox gəlirdi: "İndi isə ikinci əl avtomobillər daha çox Çin və Koreyadan gətirilir".

Paytaxtda ikinci əl avtomobillərin satışı ilə məşğul olan şəxslər bildirir ki, bazarda əsas üstünlük "Mercedes", "Hyundai", Toyota" kimi avtomobil modellərinə verilir. Avtomobil bazarında mühərrikin gücü, yürüş məsafəsi, texniki vəziyyəti və digər amillərə görə bir sıra avtomobillərin qiyməti aşağıdakı aralıqda dəyişir:

"Mercedes C-class" (2007-2008-ci il) - 13 000 -25 000 manat

"Mercedes GL-class" (2006-2007-ci il) - 23 000-36 000 manat

"Mercedes GL-class" (2015-ci il) - 60 000 – 93 500 manat

"Nissan Kicks" (2019-2021-ci il) - 29 500 - 33 000 manat

"Nissan Sunny" (2010-2011-ci il) - 10 000 - 16 500 manat

"Hyundai Sonata" (2008-2009-cu il) - 12 500 - 30 000 manat

"Hyundai Santa Fe" (2021-ci il) – 55 500 - 74 500 manat

"Hyundai Santa Fe" (2014-2015-ci il) - 27 000 - 42 500 manat

"Hyundai Accent" (2021) – 27 000 - 30 000 manat

"Hyundai Accent" (2010-2011-ci il) – 12 500 – 20 000 manat

"Toyota Camry" (2014-2015-ci il) - 22 500 - 43 000 manat

"Toyota Camry" (2021-ci il) - 50 000 - 77 000 manat

"Opel Astra" (2006-2007-ci il) – 8 000 - 17 000 manat

"Chevrolet Cruze" (2012-2013-cü il) - 10 000 - 19 000 manat.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycana 813,465 milyon ABŞ dolları dəyərində 52 min 572 ədəd minik avtomobili idxal edilib ki, bu da 2022-ci ilin eyni dövrünün göstəricisindən müvafiq olaraq 95 % və 38 % çoxdur.

Hesabat dövründə Azərbaycan xaricdən 565,561 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 66 % çoxdur) 42 min 654 ədəd (38 % çox) benzin və dizel mühərrikli, 186,543 milyon ABŞ dolları dəyərində (2,6 dəfə çox) 8 min 426 ədəd (19 % çox) daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitəsi (hibrid) və 61,361 milyon ABŞ dolları dəyərində (11 dəfə çox) 1 min 492 ədəd (8 dəfə çox) yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitəsi (elektromobil) tədarük edib.

Paylaş

Xəbər lenti

Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? Bu gün, 17:48 Səyyad Arandan nazirliklərə xəbərdarlıq: "Parlamentdə adlarını çəkəcəyəm" Bu gün, 17:48 Ekspert: "Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır" Bu gün, 17:48 Bakıda istilik problemi: Magistral xətdə axıntı, binada ventil oğurluğu Bu gün, 17:48 Adil Kərimli hindistanlı həmkarı ilə mədəni əlaqələrin inkişaf perspektivini müzakirə edib Bu gün, 17:48 Pezeşkian enerjiyə qənaət üçün iş otağında işıq və istiliyi söndürüb Bu gün, 16:48 Bədavi Hüseynova görə millimizə texniki məğlubiyyət veriləcək? Bu gün, 16:48 Kirayənişin 2 il qaldığı evi BU HALA SALDI Bu gün, 16:48 İraqda qaz kəməri partladı: Dörd ölü, xeyli yaralı var Bu gün, 16:48 Azərbaycan Basketbol Liqası: Təxirə salınmış matçda "Sabah" qələbə qazanıb Bu gün, 16:48 Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq Bu gün, 16:48 Azərbaycan Premyer Liqası: "Turan Tovuz" səfərdə "Şamaxı"nı məğlub edib Bu gün, 16:48 Azərbaycanda qoşulub qaçan cütlük ot tayasından tapıldı Bu gün, 16:48 Hanoyda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib Bu gün, 15:48 To Lam: Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur Bu gün, 15:48 Rauf Arifoğludan Əli Kərimli ilə bağlı sensasion açıqlama: "Səsyazısı əlimdədir" Bu gün, 15:48 Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır Bu gün, 15:48 Vyetnam Prezidenti: Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq Bu gün, 15:48 Prezident: Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq Bu gün, 15:48 Oğuzun iki kəndini birləşdirən yol təmir olunacaq Bu gün, 15:48 Azərbaycanda 28 yaşlı hüquqşünas vəfat etdi Bu gün, 15:48 "Zəngəzur" UEFA Regionlar Kubokunda ilk matçını keçiribv Bu gün, 15:48 Bakıda ata siqaret çəkən oğlunu cəzalandırdı: Arvadını da döydü Bu gün, 15:48 Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar Bu gün, 15:48 Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb Bu gün, 15:48 Masallıda ustanı elektrik cərəyanı vuraraq öldürüb Bu gün, 14:48 Ağız boşluğundakı törəmələr hansı xəstəliklərin əlaməti ola bilər? - Cərrah açıqlayır Bu gün, 14:48 Şəkidə küçə iti 4 yaşlı uşağı dişləyib Bu gün, 14:48 Aygün Kazımova 20 il sonra bunu qızı ilə yenidən edəcək Bu gün, 14:48 Məsud Pezeşkian İranda Qərbi Azərbaycana qarşı ədalətsizlikdən danışdı Bu gün, 14:48 Fərid Qayıbov Qazaxda yeni yaradılan güləş zalında aparılan işlərlə tanış olub Bu gün, 14:48 Bu gün Tahir Abdullayevin döyüşü var Bu gün, 14:48 Vəkil Orxan Kəngərliyə qarşı əməliyyatın təfərrüatı və görüntüləri açıqlandı Bu gün, 13:48 Sabah 18° isti olacaq - Proqnoz Bu gün, 13:48 PAŞA Holding COP-da niyə iştirak edir? Bu gün, 13:48 Məleykə Abbaszadə rektor köməkçisini işdən azad etdi Bu gün, 13:48 Sumqayıtda 9 yaşlı qız dəm qazından boğuldu Bu gün, 13:48 Şəmkirdə iki azyaşlı uşaq anasının abort zamanı ölməsinin təfərrüatı Bu gün, 13:48 İmaməddin Xəlilov: "Xəsarətim ciddi olmasaydı, yenidən qızıl medal qazanacaqdım" Bu gün, 13:48 Vyetnam Prezidenti: "Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" Bu gün, 12:48 Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır" Bu gün, 12:48 Qırğızıstanın səhiyyə naziri həmkarını əməliyyat edib Bu gün, 12:48 Gəncədə tanınmış riyaziyyatçı alim vəfat edib Bu gün, 12:48 Azərbaycan millisinin futbolçusu İtaliya klubu ilə müqaviləsini uzatdı Bu gün, 12:48 Maşın almaq arzusu ilə kredit götürdü, pulu oğurlandı Bu gün, 12:48 İrandan qanunsuz gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb - DİN-dən böyük ƏMƏLİYYAT Bu gün, 12:48 Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib Bu gün, 11:48 Beyin qocalmasının qarşısını almağın sadə yolu açıqlandı Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR