20-09-2023, 13:44 545

Müdafiə Nazirliyi Qarabağda lokal antiterror tədbirləri ilə bağlı növbəti brifinq keçirib - YENİLƏNİB

Müdafiə Nazirliyi Qarabağda lokal xarakterli antiterror tədbirləri ilə bağlı növbəti brifinq keçirib.

"Report"un xəbərinə görə, nazirliyin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov antiterror tədbirləri barədə məlumat verib.

Bildirib ki, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin 90-dan artıq döyüş mövqeyi və strateji əhəmiyyətli mövqelər nəzarətə götürülüb. Qarşı tərəfin 7 hərbi nəqliyyat vasitəsi, 4 minaatanı, 1 tankı, 2 piyadaların döyüş maşını (PDM) və xeyli sayda silah-sursatı qənimət olaraq ələ keçirilib.

A.Eyvazov qeyd edib ki, silah-sursatı tükənən erməni silahlıları döyüş meydanını tərk ediblər.

Nazirlik rəsmisi əlavə edib ki, bu gün lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub. Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən qoşunlara müvafiq tapşırıq verilib. Hazırda Azərbaycan Silahlı Qüvvələri tapşırıqları icra edir

Anar Eyvazov
Anar Eyvazov

A.Eyvazov, həmçinin vurğulayıb ki, bəzi sosial media hesablarında orduya dəstək adı altında pul və yardım istənilməsi ilə bağlı vətəndaşlara çağırışlar olunur: "Müraciət edirik ki, vətəndaşlar belə çağırışlara heç bir reaksiya göstərməsinlər. Silahlı Qüvvələrin maddi texniki bazasının möhkəmləndirilməsi, həmçinin ərzaq və digər təminatın daha da yaxşılaşdırılması təşkil edilir. Bölmələrimizin istənilən şəraitdə normalara uyğun və fasiləsiz təminatı istiqamətində zəruri tədbirlər planlı şəkildə həyata keçirilir".

13:12

Müdafiə Nazirliyi Qarabağda lokal xarakterli antiterror tədbirləri ilə bağlı növbəti brifinq keçirir.

"Report"un xəbərinə görə, nazirliyin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov antiterror tədbirləri barədə məlumat verir.

Paylaş

Xəbər lenti

İran ABŞ-nin BƏƏ və Hörmüz boğazı ətrafındakı obyektlərini hədəfə ala biləcəyini açıqlayıb Bu gün, 21:48 Kiyevdə Cənub körpüsünə dron əleyhinə torlar quraşdırılıb Bu gün, 21:48 Amerikan kəşfiyyat təyyarəsi Krım yaxınlığında görüntülənib Bu gün, 21:48 İpoteka kreditləri artır, mənzil bazarında hansı risklər yaranır? Bu gün, 20:48 Zelenski seçki keçirməyə razıdır: 60 günlük atəşkəs şərti qoydu Bu gün, 20:48 Roma Papası ağciyərindəki törəməyə görə əməliyyat olunacaq Bu gün, 20:48 Tramp Rusiya və Ukraynanın enerji atəşkəsinə razılaşdığını açıqlayıb Bu gün, 20:48 Premyer Liqa: "Qarabağ" "İmişli"yə qalib gəlib Bu gün, 19:48 Qırmızı dənizdə miqrantları daşıyan gəmi batıb: 109 nəfər ölüb Bu gün, 19:48 Messi millidən qələbə ilə ayrıldı, Ronaldunun 7 nömrəli forması əlindən alındı Bu gün, 19:48 Avtomobil yollarında görünüş məsafəsi MƏHDUDLAŞACAQ Bu gün, 19:48 Ferstappen Sinqapur Qran-prisinin qalibi olub Bu gün, 19:48 Fastfudun təhlükəsiz istehlak norması açıqlanıb Bu gün, 18:48 Kabildə keçirilən sərgidə 400 milyon dollarlıq sazişlər imzalanıb Bu gün, 18:48 Biləsuvarda bir neçə avtomobil toqquşdu: Ölən var Bu gün, 18:48 Sabah Culfanın 13 kəndində işıq olmayacaq Bu gün, 18:48 Heyvanlara işgəncəyə görə hansı cəzalar nəzərdə tutulur? Bu gün, 17:48 Azərbaycanın boks millisi Avropa çempionatında daha bir medal qazanıb Bu gün, 17:48 Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib Bu gün, 17:48 Pakistan ordusu Əfqanıstan sərhədində 12 silahlını zərərsizləşdirib Bu gün, 17:48 Tovuzda qadın dəm qazından boğularaq öldü Bu gün, 16:48 Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb Bu gün, 16:48 Həkim dərmandan ZƏHƏRLƏNDİ Bu gün, 16:48 Əməkdar jurnalist vəfat edib Bu gün, 16:48 Stiven Siqal dördüncü həyat yoldaşından ayrılıb Bu gün, 15:48 ABŞ qırıcısı yük gəmisini belə vurdu: CENTCOM-dan açıqlama Bu gün, 15:48 Otağa icazəsiz daxil olmaq üstündə mübahisə: Əkiz qardaşlardan biri bıçaqlandı Bu gün, 14:48 Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar Bu gün, 14:48 Türkiyədə əməliyyat: 73 nəfər həbs edildi Bu gün, 13:48 "Sabah" - "Slaviya" oyununu avstriyalı baş hakim idarə edəcək Bu gün, 13:48 İrəvanda atışma: İki nəfər yaralanıb Bu gün, 13:48 29 yaşlı şəxsin meyiti həyətindəki yarımtikilidə tapıldı Bu gün, 13:48 Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur? Bu gün, 12:48 Fərid Qayıbov: Sevindirici haldır ki, bizim də ultramarafonçularımız var Bu gün, 12:48 Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub Bu gün, 12:48 Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub Bu gün, 12:48 Qazaxda Gürcüstan vətəndaşı olan 73 yaşlı TIR sürücüsünün meyiti tapılıb Bu gün, 12:48 Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ Bu gün, 12:48 "Yandex"in data mərkəzinə növbəti PUA hücumu - Xidmətlər dayandı Bu gün, 11:48 25 yaşlı azərbaycanlı Polşada vəfat etdi Bu gün, 11:48 Xəyalə "Aşk-ı Memnu"dakı malikanədə ağladı Bu gün, 11:48 Beyləqanda avtomobil elektrik dirəyinə çırpılıb, cərəyan sürücünü vuraraq öldürüb Bu gün, 11:48 ABŞ Rusiyaya atəşkəs üçün 3 iqtisadi təklif irəli sürüb - DETALLAR Bu gün, 10:48 Gəncədə səs-küy salıb atasını yuxudan oyadan şəxs həbs olundu Bu gün, 10:48 Dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib Bu gün, 10:48 Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib Bu gün, 10:48 Azərbaycanda gənc futbolçu VƏFAT ETDİ Bu gün, 09:48 Ər-Riyad hava limanına hücum: 12 ölü, 309 yaralı Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR