
Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Tailandın "Buriram Yunayted" klubu Asiya Çempionlar Liqasının qrup mərhləsinə qələbə ilə başlayıb.
"AVESTA.AZ"un məlumatına görə, ölkə çempionu Çinin "Çjetszyan Qrintaun" klubunu məğlub edib.
Qarşılaşma Tailand təmsilçisinin 4:1 hesablı qələbəsi ilə bitib. Görüşə start heyətində başlayan Şeydayev 73-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, komanda oktyabrın 4-də Yaponiyada "Kofu"nun qonağı olacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.