
Ötən il Britaniyada isti hava səbəbindən 4 min 507 nəfər ölüb.
Bu barədə “AVESTA.AZ” Böyük Britaniyanın Milli Statistika İdarəsinə (ONS) istinadən xəbər verir.
Belə ki, Britaniyada 1988-2022-ci illərdə temperaturla bağlı ölüm və xəstəxanaya yerləşdirmə riskinin təhlili dərc edilib.
Təhlillərə görə, istidən ölənlərin sayı 32 il ərzində iki dəfədən çox artıb: “Ölkədə termometrlərin 40 dərəcəni keçdiyini göstərən 2022-ci ilin ən isti günlərində istilərdən 4 min 507 nəfər ölüb”.
Məlumatda qeyd olunub ki, ən yüksək ölüm riski Londondadır və bu göstərici rekord həddir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.