25-09-2023, 13:45 642

Bakıda “Nine Senses Fest” adlı möhtəşəm mənəvi və fiziki təcrübələr festivalı keçiriləcək

Bakıda “Nine Senses Fest” adlı möhtəşəm mənəvi və fiziki təcrübələr festivalı keçiriləcək.

"AVESTA.AZ" xəbər verir ki, bu çərçivədə “Nine Senses” yaradıcılıq və özünüinkişaf mərkəzində KİV nümayəndələri ilə görüş keçirilib.

Görüş zamanı “Nine Senses”in akademik direktoru və “Nine Senses Fest” beynəlxalq festivalının kuratoru Natalya Jukova mətbuat nümayəndələrini öncə incəsənət mərkəzi ilə tanış edib, mərkəzin fəaliyyəti ilə bağlı geniş informasiya verib. Daha sonra Natalya Jukova 6-8 oktyabr tarixlərində Bakıda keçiriləcək “Nine Senses Fest” beynəlxalq festivalı haqqında jurnalistlərə geniş məlumat verib və KİV nümayəndələrinin suallarını cavablandırıb.

“Nine Senses Fest” beynəlxalq festivalı “Nine Senses” yaradıcılıq və özünüinkişaf mərkəzinin təsisçisi Leyla Əliyevanın dəstəyilə keçirilir. Nine Senses Fest” beynəlxalq festivalı ruh, bədən və ağıl (Spirit, Body, Mind) istiqamətləri arasında təcrübələr festivalıdır. Məqsədimiz üç istiqamətdə fəaliyyət göstərən peşəkar mütəxəssisləri bir araya gətirmək və festival iştirkaçılarına təqdim etməkdir. Festivalda Azərbaycanın, həmçinin dünyanın ən peşəkarlar mütəxəssislərinin ustad dərsləri keçiriləcəkdir. Biz sizə dünyanın müxtəlif ölkələrindən ən yaxşı mütəxəssisləri, istiqamət hedlaynerlərini və mənəvi saflığa xidmət edən məktəblərin rəhbərlərini dəvət etmişik”-deyə Natalya Jukova qeyd edib.

O, festivalın keçiriləcəyi məkanlar haqqında da danışıb: “Festival 3 məkanda keçiriləcək. Festivalın birinci günü, yəni 6 oktyabrda “The club Port Baku”-da, 7-8 oktyabr tarixlərində isə “Nine Senses” yaradıcılıq və incəsənət mərkəzində və “Sea Breeze Resort”, həmçinin “SeaBreeze Event Hall”-da keçiriləcək”.

Natalya Jukova artıq biletlərin satışa çıxarıldığını da vurğulayıb: “Biletlərin qiyməti 150 manat təşkil edir. Məbləğə 3 gün ərzində istənilən ustad dərslərinə və bütün festival tədbirlərinə giriş daxildir. Biletləri https://fest.ninesenses.az/az/ saytından onlayn formada əldə edə bilərsiniz, həmçinin festivalın proqramı ilə də tanış ola bilərsiniz. Bundan əlavə festival haqqında geniş məlumat əldə etmək üçün https://www.instagram.com/ninesensesfest/ instaqram səhifəsindən məlumatı ala bilərsiniz. Hər kəsi festivalda gözləyirik”.

Qeyd edək ki, “Nine Senses Fest” festivalında yoqanın müxtəlif sahələri: kriya, kundalini, hatha, nidra. Artistic yoqa, meditasiya təcrübələri, bədən yönümlü təcrübələr, rəqs məşqləri, saund-hilinq, stretçinq və gimnastika, tsiqun, terapevtik ustad dərsləri, art terapiya, terapevtik qrup məşqləri və qrup sağlamlıq və həyat kouçluğu təlimləri olacaq.

Onu da diqqətə çatdıraq ki, tədbirin 4 hedlayneri olacaq:

  1. İmran Kriya - yoqa ustadıdır, eyni zamanda, musiqiçi, bəstəkar və multiinstrumentalist.
  2. Anna Vladimirova - həkim, Çin təbabəti üzrə mütəxəssisdir. Wu Ming Dao şəfalı təcrübələr məktəbinin təsisçisi, osteoxondroz, skolioz, fəqərəarası yırtıqlar və onurğa sütununun strukturunun pozulması ilə əlaqəli digər xəstəliklərin dərmansız müalicəsinin patentləşdirilmiş metodunun müəllifidir.
  3. Mətanət Babayeva – psixi və emosional sağlamlıq, eləcə də korporativ mədəniyyətdə məhsuldarlıqla iş üzrə mütəxəssis. Azərbaycanda insan resursları sahəsində aparıcı mütəxəssislərdən biri.
  4. Nandan Qautam – müasir idman təbabətini və qədim yoqa müdrikliyini özündə birləşdirən daha canlı və yeni bir yoqa forması olan CEO Artistic Yoqa məktəbinin ustadı və rəhbəri. O, ABŞ-da təhsil alıb, USA Today-də işləyib və ruhani müəllim Dr. Bharat Thakurdan yoqa öyrənmək üçün Hindistana qayıdıb. Nandan yoqa, musiqi və meditasiyanın məlum olmayan sirli sahələrini araşdırır, daxili rahatlıq və məmnunluq hissini tapmağa kömək edir.

Bildirək ki, əl işlərindən ibarət tematik yarmarka və qaranlıqda teatr adlı musiqili proqram təşkil olacaqdır. Festivalın sonunda isə hedlayner İmran Kriyanın canlı meditasiya konserti və məşhur müğənni Çingiz Mustafayevin canlı konsert proqramları təşkil olunacaqdır.

Festivalın əlaqə nömrələri:

+994103100203

+994552555412

Paylaş

Xəbər lenti

Rusiya və Ukraynadan əsir mübadiləsi ilə bağlı razılıq Bu gün, 22:48 Piyada keçidini zəbt etdilər, maneələri də sındırdılar Bu gün, 22:48 "Sabah" basketbol komandası "Trabzonspor"u məğlub edib Bu gün, 22:48 Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar Bu gün, 22:48 Rövşanə Ağasəfqızı: Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır Bu gün, 22:48 "JEK"lərin dövlətə xeyli borcu yaranıb - SƏBƏB Bu gün, 21:48 Xəzər suitisi, çay guşəsi və interaktiv xəritə: COP31-də Azərbaycan pavilyonunda nələr var? Bu gün, 21:48 Masazırda yüzlərlə insan risk altındadır: Dirək hər an aşa bilər Bu gün, 21:48 Hərbi xidmətdən yayınmaq üçün dediyi sözlər başına bəla oldu Bu gün, 21:48 Heydər Əliyev Fondu COP31 çərçivəsində geniş pavilyonla təmsil olunur Bu gün, 20:48 Bərdədə 40 yaşlı kişi evində ölü tapıldı Bu gün, 20:48 Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb Bu gün, 20:48 "Turan" klubu Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb Bu gün, 20:48 Tanınmış jurnalistə "Səbail" klubunda vəzifə verildi Bu gün, 20:48 İlham Əliyev və Mehriban Əliyevanın Liderlər Sammitində iştirak etmək üçün Türkiyəyə səfərlərinə dair videoçarx Bu gün, 20:48 Makron Paşinyanla görüşdü: Fransa-Ermənistan əlaqələri müzakirə olundu Bu gün, 20:48 Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır? Bu gün, 19:48 Natiq Şirinovun üçüncü nəvəsi oldu Bu gün, 19:48 Prezident İlham Əliyev Türkiyəyə səfər edib Bu gün, 19:48 Artan ana ölümləri ilə bağlı ekspertdən çağırış: "Ciddi araşdırılmalıdır" Bu gün, 19:48 İraqdan İran millisinə qadağa: Təyyarənin enişinə icazə verilmədi Bu gün, 19:48 Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı Bu gün, 18:48 Cevdet Yılmaz: "Ərdoğanla Əliyevin görüşü yayılan dezinformasiyalara ən yaxşı cavab oldu" Bu gün, 18:48 Pezeşkian niyə Pişəvəriyə bənzədilir? Bu gün, 18:48 Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək Bu gün, 18:48 Bunu edənlər 10 min manatadək CƏRİMƏLƏNƏCƏK Bu gün, 17:48 Əbu-Dabidə Ukrayna-Rusiya-ABŞ danışıqları başa çatıb Bu gün, 17:48 Sabiq məmur doğum günündə vəfat etdi Bu gün, 17:48 Etibarnamə ilə maşın aldı, amma sürə bilmədi: Oğurluq iddiası Bu gün, 17:48 Övlad evdən qaçır, valideyn səbəbi anlamır: Uşaqları ailədən nə uzaqlaşdırır? Bu gün, 17:48 Bakıda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb Bu gün, 16:48 Zelenski Donbasla bağlı qəti qərarını açıqladı: "Geri çəkilməyəcəyəm" Bu gün, 16:48 Azərbaycan, Gürcüstan, Bolqarıstan və Türkiyə "təmiz enerji" sazişi imzalayıblar Bu gün, 16:48 Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ Bu gün, 16:48 Balaca rəssamın böyük hədəfləri: Rzanın rəngli dünyasında nələr var? Bu gün, 16:48 Rusiya, ABŞ və Ukraynanın Əbu-Dabidəki danışıqlarında fasilə elan edilib Bu gün, 15:48 Banklar kredit verərkən bu üsuldan istifadə edə bilməyəcək Bu gün, 15:48 Məşhur milyarderin çinli məşuqəsi casus çıxdı Bu gün, 15:48 Polşanın Azərbaycana qarşı qərəzli materiallar yayan telekanalında korrupsiya qalmaqalı Bu gün, 15:48 Azərbaycanda tanınmış aktyor VƏFAT ETDİ Bu gün, 15:48 COP31 prezidenti Azərbaycanın beynəlxalq iqlim prosesinə verdiyi töhfəni qeyd edib Bu gün, 15:48 Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib Bu gün, 14:48 Aygün Kazımova Eminemlə duet oxuyacaq? Bu gün, 14:48 Cevdet Yılmaz COP31-də Azərbaycan pavilyonunu ziyarət edib Bu gün, 14:48 Dekabr ayında neçə gün iş olmayacaq? Bu gün, 14:48 Sabahın hava ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 14:48 Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb Bu gün, 14:48 Azərbaycan XİN Polşaya başsağlığı verib Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR