25-09-2023, 20:48 569

Qərbi Azərbaycan Xronikası: “Ermənistan xristian türklərin abidələrini mənimsədi”

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

"AVESTA.AZ" xəbər verir ki, jurnalist Rufik İsmayılovun bu dəfə müsahibi araşdırmaçı Sabutay Hacıyev olub.

O, doğulub boya-başa çatdığı Göyçə mahalı, Basarkeçər rayonu, Nərimanlı kəndindən, məktəb illərindən, uşaqlıq və yeniyetməlik xatirələrindən söhbət açıb. “Qərbi Azərbaycan mənim üçün qibləgahdır, ürəyimdə yaşatdığım Vətən həsrətidir”, - deyən müsahib Göyçənin təbiətinin gözəlliyini sözlə tam ifadə etməyin qeyri-mümkün olduğunu vurğulayıb. Bildirib ki, Nərimanlı kəndi ərazisində Qafqaz Albaniyası dövrünə məxsus qəbiristanlıq, tarixi abidə olub. Onun sözlərinə görə, ermənilər zaman-zaman saxtakarlıq edərək, xristian türklərə məxsus olan bu abidələri mənimsəyiblər.

Ermənilərin azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasətindən danışan S.Hacıyev qeyd edib ki, onların ailəsi iki dəfə deportasiyaya məruz qalıb: “Ata və ana babamgilin ailələri 1948-1953 cü ilin deportasiyasında Qərbi Azərbaycandan didərgin düşüblər. Onlara rəsmi sənəd kimi adi bir köç vərəqi təqdim olunub. Bunun ardınca onlar Azərbaycanın aran rayonlarına köçürülüblər. Lakin bir müddət sonra yenidən doğma el-obalarına qayıdıblar. Böyüklərimiz danışırdılar ki, ötən əsrin 1905, 1918-ci il deportasiya və qətliamlarında soydaşlarımız daha böyük faciələrə mərzu qalıblar. Göyçədə sümük tökülən dərəsi adlandırılan bir ərazi var idi. Yaşlı nəsillər deyirdilər ki, ötən əsrin əvvəllərində azərbaycanlılar deportasiya ediləndə bu ərazidə çovğuna düşüb kütləvi şəkildə həlak olublar. Yay aylarında həmin dərənin aşağısına doğru hərəkət edəndə orada çoxsaylı insan sümüklərinə rast gəlinirdi. Sonuncu dəfə isə deportasiya mənim yeniyetməlik dövrümə təsadüf edib. 1988-ci ildə ermənilər Basarkeçər kəndlərinin rayon mərkəzi ilə bütün əlaqələrini kəsmişdilər. Yaşayış məntəqələrinə erməni hücumları olduğu üçün gecələr kəndlərin girişində kişilər növbə çəkirdilər. Məcburiyyət qarşısında qalıb bir müddət sonra kəndimizi tərk etdik. Gecə saat 2-3 radələrində ermənilər köç karvanının qarşısını kəsib bizə hücum etdilər. Həmin vaxt orada böyük münaqişə yarandı. Belə çətinliklərlə üzləşə-üzləşə Azərbaycana gəlib çatdıq”.

S.Hacıyev deyib ki, 1988-ci il hadisələrində azərbaycanlılar Qərbi Azərbaycandan tamamilə deportasiya edildikdən sonra ermənilər orada yaşayan digər xalqların nümayəndələrinə də eyni münasibəti göstəriblər: “Basarkeçər rayon mərkəzindəki 3 nömrəli rus məktəbində orta təhsil alırdım. Mənimlə eyni sinifdə rus, yunan, alman, ukrain, belarus və kalmıklar da təhsil alırdılar. Eyni zamanda bu millətləri təmsil edən, müxtəlif fənlərdən bizə dərs deyən müəllimlərimiz də var idi. 1988-ci ildə azərbaycanlılar deportasiya olunandan sonra qeyd etdiyim xalqların mümayəndələri də çoxsaylı təzyiq, təhdid, hədə-qorxu və fiziki zorakılıqlarla üzləşiblər. Məcburiyyət qarşısında qalıb Qərbi Azərbaycanı tərk ediblər. Sinif yoldaşlarım və müəllimlərimin bəzisi ilə sonradan internet üzərindən əlaqəm yarandı. Söhbət zamanı bildirirdilər ki, ermənilər onların uşaqlarını oğurlayıb, qarşılarını kəsib döyüb, yaşadıqları binaların girişində partlayışlar törədiblər. Elə bu kimi hadisələrə görə 1988-ci il hadisələrində Qərbi Azərbaycanı tərk etmək məcburiyyətində qalan yalnız slavyan mənşəli sakinin sayı iki mindən çox idi. Ümumiyyətlə, ermənilərdə digər xalqlara qarşı böyük kin və nifrət var”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş sentyabrın 25-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

Paylaş

Xəbər lenti

Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Bu gün, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Bu gün, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Bu gün, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Bu gün, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Bu gün, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Bu gün, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Bu gün, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Bu gün, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Bu gün, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Bu gün, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Bu gün, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Bu gün, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Bu gün, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Bu gün, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Bu gün, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Bu gün, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Bu gün, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Bu gün, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Bu gün, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Bu gün, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Bu gün, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Bu gün, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Bu gün, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Bu gün, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR