26-09-2023, 22:55 686

ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

Sentyabrın 26-da ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

“Report”un xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidmətinin məlumatında bildirilib.

Telefon söhbəti zamanı, erməni silahlı qüvvələrinə qarşı antiterror tədbirlərindən sonra Azərbaycanın Qarabağ bölgəsində hazırkı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Dövlətimizin başçısı 24 saatdan az müddətdə yekunlaşan antiterror tədbirləri zamanı yalnız hərbi obyektlərin hədəf alındığını, mülki əhaliyə zərər verilmədiyini diqqətə çatdırıb.

Hazırda qanunsuz erməni silahlı qüvvələrinin tərk-silah prosesinin həyata keçirildiyini və onların Azərbaycan ərazisindən çıxarılması işinin həyata keçirildiyini ABŞ tərəfinə bildirib. Son beş gün ərzində yüzlərlə hərbi texnika, silah-sursat və hərbi təchizat mallarının müsadirə edildiyi vurğulanıb.

Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi nümayəndələrinin və BMT-nin Rezident Əlaqələndirici Ofisinin nümayəndəsinin toplanmış silah və hərbi texnikaya baxış keçirdiyi qeyd olunub.

Prezident İlham Əliyev Azərbaycanda yaşayan digər etnik azlıqlar kimi Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquqlarının ölkə qanunvericiliyi və beynəlxalq öhdəliklər çərçivəsində təmin edilməsi məqsədilə hazırda müvafiq iş aparıldığını vurğulayıb.

Azərbaycan nümayəndələri ilə erməni sakinlərin nümayəndələri arasında reinteqrasiya istiqamətində dialoq aparıldığı, erməni sakinlərə Azərbaycan tərəfindən humanitar yardımlar göndərildiyi, ərazidə infrastrukturun bərpa edildiyi dövlət başçısı tərəfindən qeyd olunub.

Erməni sakinlərə yardımların göstərilməsi istiqamətində Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə əməkdaşlığın həyata keçirildiyi, ölkəmizdə akkreditə olunmuş BMT-nin Rezident Əlaqələndirici Ofisinin yaxın zamanda Azərbaycanın Qarabağ bölgəsinə səfərinin təşkilinə Azərbaycan tərəfinin hazır olduğu diqqətə çatdırılıb.

ABŞ dövlət katibi Antoni Blinken yaranmış vəziyyətlə bağlı narahatlığını ifadə edib, bölgədə sabitliyin təmin edilməsinin, yerli ermənilərlə dialoqun vacib olduğunu bildirib.

Paylaş

Xəbər lenti

Bakı-Sumqayıt yolunda daha bir YENİLİK Bu gün, 09:48 İlon Mask USAID-i çoxsaylı insanın ölümündə ittiham edib Bu gün, 09:48 Gəncədə köşkdən kişi meyiti tapıldı Bu gün, 09:48 Paşinyan parlament müxalifətini Azərbaycanla sülhə gedən yolda son maneə adlandırıb Bu gün, 00:48 Süni intellekt alimlərin onilliklərdir həll edə bilmədiyi riyazi məsələləri çözür Bu gün, 00:48 İtaliya şirkətlərinin Azərbaycan planları: Bakı metrosundan Qarabağadək uzanan layihələr Dünən, 23:48 Zelenski mediaya məhdudiyyət qoydu Dünən, 23:48 Netanyahu baş nazir postunu Ayzenkota verməyə hazırdır Dünən, 23:48 Stiv Uitkoff ABŞ Senatında Ukrayna ilə bağlı məxfi brifinq keçirəcək Dünən, 23:48 Bakıda bəzi ərazilərdə söküntüyə hazırlıq gedir: Kompensasiya məsələsinə aydınlıq gətirildi Dünən, 23:48 Ukrayna Rusiyanın üç mühüm neft obyektini vurub Dünən, 22:48 Bakıda stilist doğuşdan sonra vəfat etdi Dünən, 22:48 Siyəzəndə su kanalında batan 13 yaşlı uşağın meyiti tapılıb Dünən, 22:48 Tiranada hökumət əleyhinə aksiyada 19 nəfər xəsarət alıb Dünən, 22:48 Sıfır vergi, güzəştli kredit və ucuz kommunal xidmətlər: Kəndə köçmək sərfəli olacaq? Dünən, 21:48 Bakıda yol çökdü: 10 metr dərinlikdə su kollektoru üzə çıxdı Dünən, 21:48 Tramp Vaşinqtonda qolf meydançasının fırtına nəticəsində dağıldığını bildirib Dünən, 21:48 Zelenskidən Krım körpüsünün tamamilə dağıdılması barədə göstəriş Dünən, 21:48 Parisin hava limanlarının əməkdaşları tətil keçirəcəklər Dünən, 20:48 Bakıda qəzalı bina təhlükə saçır: "Uşaqları bayıra çıxara bilmirik" Dünən, 20:48 Nenad Laloviç Azərbaycan Güləş Federasiyasının fəaliyyəti ilə tanış olub Dünən, 20:48 İranın "Buşehr" AES-in birinci enerji bloku yenidən şəbəkəyə qoşulub Dünən, 20:48 Vəkil: Ali Məhkəmə körpənin ölümü ilə bağlı əvvəlki məhkəmədə pozuntular aşkar etdiyi üçün yeni qərar qəbul edib Dünən, 19:48 Almaniya Ukrayna ilə hərbi-texniki əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirəcək Dünən, 19:48 İranda SEPAH-la əlaqəli olduğu bildirilən din xadimi güllələnərək öldürüldü Dünən, 19:48 Azərbaycan və Pakistan ali məhkəmələri əməkdaşlıq memorandumu imzalayacaqlar Dünən, 18:49 Müəllim işləmək üçün magistr təhsili məcburi olacaq? Dünən, 18:48 Mədəniyyət naziri Adil Kərimli TÜRKSOY Daimi Şurasının 43-cü iclasında iştirak edib Dünən, 18:48 Bərdədə 18 yaşlı Pərvanənin müəmmalı ölümü: Anası bəzi məqamları açıqladı Dünən, 18:48 Belarusun ən titullu klubu aşağı liqaya düşdü Dünən, 18:48 Federasiya rəsmisi: Azərbaycanda minifutbol inkişaf edir Dünən, 17:48 50 illik həyat yoldaşını itirən müğənni: "Onunla halallaşa bilmədik" Dünən, 17:48 Yaşadığı evdən oğurluq edən şəxs saxlanıldı Dünən, 17:48 Azərbaycanda yaşlı insanların nikaha marağı niyə artıb? Dünən, 17:48 ABŞ-dən olan basketbolçu Hassano Qravett "Sabah" klubuna qayıdıb Dünən, 17:48 Dövlət qurumları arasında V minifutbol turnirinin açılış mərasimi keçirilib Dünən, 16:48 Xəzər Boru Kəməri Konsorsiumunun 2026-cı ilin yekununda neft nəqlinin həcminin azalacağı proqnozlaşdırılır Dünən, 16:48 Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir Dünən, 16:48 İsa Həbibbəyli: Dövlət qurumları arasında minifutbol turniri idmanın kütləviləşməsinə xidmət göstərir Dünən, 16:48 Minlərlə vətəndaş çıxarışsız mülkünü sənədləşdirə biləcək - Qayda dəyişir Dünən, 16:48 Badamdarda sürüşmə zonasında evi olanlara kompensasiya hansı qayda ilə ödəniləcək? Dünən, 16:48 Əfqanıstanda məktəb yaxınlığındakı partlayışda ölənlərin sayı 10-a çatıb Dünən, 16:48 Azərbaycanda şair vəfat etdi Dünən, 16:48 Vilyam Hacıyevin azadlıqda ilk FOTOsu Dünən, 16:48 "Beşiktaş"ın oyunundakı iğtişaşlardan sonra türkiyəli iş adamları Gürcüstanı boykota başladı Dünən, 15:48 Borcu olduğu adamın velosipedini oğurlayıb satıb, borcunu qaytaran şəxs saxlanılıb Dünən, 15:48 Fərid Qayıbov Misirin Gənclər və İdman Nazirliyinin nümayəndə heyətini qəbul edib Dünən, 15:48 Bakıda qadın kişiləri görüşə çağırıb şantaj etdi Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR