27-09-2023, 15:50 449

Türkiyə Sığorta Birliyi:

Türkiyə Sığorta Birliyinin (TSB) İcraçı direktoru Özgür Obalı "AVESTA.AZ"a müsahibə verib:

- Özgür bəy, Türkiyədə zəlzələdən sonra sığorta sektoru dəymiş ziyanın ödənilməsi ilə bağlı hansı addımlar atdı, hazırda bu sahədə vəziyyət necədir?

- İlk növbədə onu deyim ki, zəlzələdən biz özümüz üçün ciddi nəticələr çıxardıq. Bu müddətdə bir daha əmin olduq ki, sığorta təminatı ən vacib şeylərdən biridir. Sığortanın yığımdan çox, dəyər qazandıran sahə olduğunu və paylaşma kanallarımızda bu barədə məlumatlılığın artırılmasının vacib olduğunu başa düşdük. Xüsusilə, sığorta agentləri və brokerləri real müştəriləri və şirkət işçilərini, ümumilikdə vətəndaşları doğru məlumatlandırmalı, ödənilən tarifin qarşılığında əldə olunacaq təminat, sığorta müqaviləsinin hansı risklərə təninat verib-verməyəcəyini onlara bildirməlidir. Türkiyədə zəlzələdən sonra sığorta sektorunda heç zaman müşahidə etmədiyimiz səmimi bir əməkdaşlıq mühiti formalaşdı. Dünənə qədər rəqabət aparan bütün şirkətlər bölgəyə yardım məqsədilə birləşdi. Ona görə də ilk mərhələdə sığortalıların maddi itkilərini təmin etmək məqsədilə bizim başlıca hədəfimiz zərərlərin operativ şəkildə ödənilməsi oldu. Bəzi riskləri qəbul edərək prosesi sürətləndirmək üçün tədbirlər gördük. Biz sığorta standartlarından fərqli düşünərək bu problemləri tez zamanda həll etməyi hədəfləmişik.

- Türkiyənin sığorta bazarı iştirakçıları arasında Azərbaycan bazarına daxil olmaqla bağlı müraciətlər, istəklər, təşəbbüslər olurmu?

- Bəli, bu yöndə istəklər var. Azərbaycanla başlayan və digər türk dövlətlərinin cəlb olunması ilə davam edən əməkdaşlıq münasibətləri, habelə bu istiqamətdə imzalanan memorandumlar haqqında məlumatlı olan şirkətlər bizə Azərbaycanın sığorta bazarına daxil olmaqla bağlı müraciətlər ediblər və biz onları aidiyyəti üzrə yönləndirmişik. Razılaşarsınız ki, bu kimi addımların reallaşdırılması üçün müəyyən vaxta ehtiyac var. Bizdə olan məlumatlara görə, Türkiyədə fəaliyyət göstərən, aralarında iri şirkətlərin də olduğu 4-5 sığortaçı Azərbaycanda birbaşa və yaxud ortaqlıq şəklində fəaliyyət göstərmək üçün ciddi bazar araşdırmaları da aparırlar.

- Azərbaycanla Türkiyənin sığorta sektorları arasında əlaqələri və bazarlar arasındakı münasibətləri necə qiymətləndirirsiniz?

- Təbii ki, ən üst səviyyədə prezidentlərimizin bir-birinə olan münasibətləri, ölkələrimizin ortaq maraqları, bütün bunların fonunda hər zaman qürurla söylədiyimiz "Bir millət, iki dövlət" şüarı ilə qardaş ölkə Azərbaycanla hər sahədə əməkdaşlıqda həm maraqlıyıq, həm də bundan böyük sevinc hissi duyuruq. Bu mənada sığorta sektoru da bundan öz payını götürür. Yəni bütün sahələrdə mövcud olan əməkdaşlığın sığorta sahəsində də təmin olunması bizi çox sevindirir. Qarşıdakı dövrdə biz Azərbaycanla əlaqələrimizi daha da gücləndirmək niyyətindəyik.

Paylaş

Xəbər lenti

Sabah bu ərazidə işıq kəsiləcək Bu gün, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Bu gün, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Bu gün, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Bu gün, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Bu gün, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Bu gün, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Bu gün, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Bu gün, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Bu gün, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Bu gün, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Bu gün, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48 Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48 El-Ninyo 1950-ci ildən bəri ən güclü həddə çata bilər Bu gün, 13:48 Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər Bu gün, 13:48 Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır Bu gün, 13:48 "İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48 Mincivanda hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib Bu gün, 12:48 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı Bu gün, 12:48 Bir sıra mallar bütün gömrük ödənişlərindən azad oluncaq Bu gün, 12:48 Azərbaycanda şənbə günü hava dumanlı olacaq Bu gün, 12:48 Beşinci mərtəbədən yıxılaraq ölən tələbə vəfatından əvvəl atasına nə deyib? Bu gün, 12:48 Avtoservisdə ustanın 5 min manatı oğurlandı - Müştəri saxlanıldı Bu gün, 12:48 Ali məktəbdə təhsil alan uşaqlar üçün aliment ödənişlərinin 23 yaşa qədər uzadılması təklif edilib Bu gün, 12:48 Bankdan kredit götürənləri SEVİNDİRƏCƏK XƏBƏR - Borclar... Bu gün, 11:48 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib Bu gün, 11:48 JAECOO Ginnesin Rekordlar Kitabına düşdü: üç zirvə və yeni dünya rekordu Bu gün, 11:48 İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR