27-09-2023, 19:04 481

Fuad Hüseynəliyev: “Azərbaycan uzun müddətdir davam edən Qarabağ münaqişəsinə son qoyub”

“Azərbaycan lokal antiterror tədbirləri həyata keçirməklə bütün ərazisində suverenliyini tam bərpa etdi və uzun müddətdir davam edən Qarabağ münaqişəsinə son qoydu”.

Bunu “AVESTA.AZ” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev “Dayanıqlı inkişafın əsasları və təhlükəsiz gələcək” mövzusunda keçirilən IV Beynəlxalq konfransda deyib.

“Gələcək planlara Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası daxildir. Eyni zamanda, Azərbaycan mehriban qonşuluq mövqeyindədir və Ermənistanla sülh sazişi imzalamağı qarşısına məqsəd qoyub”, - F.Hüseynəliyev bildirib.

O vurğulayıb ki, Azərbaycan çoxmillətli ölkədir və Qarabağın erməni əhalisinə bütün azərbaycanlılarla bərabər hüquqlar təklif edir: “Eyni zamanda, ermənilərin Qarabağı tərk etməsini əks etdirən videogörüntülərə nəzər yetirərkən onların bəzilərinin azərbaycanlılarla birgə qalıb yaşamaq imkanından belə xəbərsiz olduqlarını eşidirsən”.

Media rəsmisi qeyd edib ki, antiterror tədbirləri başa çatdıqdan sonra Bakının mərkəzi orqanları artıq bir neçə dəfə Qarabağa ərzaq yardımı, tibbi avadanlıq göndərib: “Hətta Xankəndi yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində yaralananların Azərbaycanın digər şəhərlərindəki klinikalara köçürülməsini təklif ediblər. Artıq erməni sakinlərinin nümayəndələri ilə iki görüş keçirilib, görüşlərdə onların reinteqrasiyası məsələləri müzakirə olunur”.

F.Hüseynəliyev Azərbaycanla Ermənistan arasında münaqişənin və Qarabağ müharibələrinin tarixindən də danışıb, 30 ildir ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə danışıqların aparıldığını, lakin heç bir nəticə olmadığını vurğulayıb: “Azərbaycan ərazisinin 20 faizi 30 ilə yaxın işğal altında olub. Bütün həmvətənlərimiz buradan qovularaq, etnik təmizləmə aparıldı - bir nəfər də olsun azərbaycanlı qalmadı”.

Xatırladaq ki, 2020-ci ildə müharibə başa çatdıqdan və üçtərəfli saziş imzalandıqdan sonra da Ermənistanın qeyri-qanuni silahlı birləşmələri bu ərazilərdə qalmaqda davam edib. Onlar Azərbaycan mövqelərini atəşə tutub, eləcə də minalayıblar. Bunu 2021-ci il istehsalı olan aşkarlanmış minalar sübut edir. Belə ki, sentyabrın 19-da ikisi mülki olmaqla 6 nəfər mina qurbanı olub. Bu da səbir kasasını daşıran son damla oldu. Bundan sonra lokal antiterror tədbirləri başladıldı.

Paylaş

Xəbər lenti

İpoteka kreditləri artır, mənzil bazarında hansı risklər yaranır? Bu gün, 20:48 Zelenski seçki keçirməyə razıdır: 60 günlük atəşkəs şərti qoydu Bu gün, 20:48 Roma Papası ağciyərindəki törəməyə görə əməliyyat olunacaq Bu gün, 20:48 Tramp Rusiya və Ukraynanın enerji atəşkəsinə razılaşdığını açıqlayıb Bu gün, 20:48 Premyer Liqa: "Qarabağ" "İmişli"yə qalib gəlib Bu gün, 19:48 Qırmızı dənizdə miqrantları daşıyan gəmi batıb: 109 nəfər ölüb Bu gün, 19:48 Messi millidən qələbə ilə ayrıldı, Ronaldunun 7 nömrəli forması əlindən alındı Bu gün, 19:48 Avtomobil yollarında görünüş məsafəsi MƏHDUDLAŞACAQ Bu gün, 19:48 Ferstappen Sinqapur Qran-prisinin qalibi olub Bu gün, 19:48 Fastfudun təhlükəsiz istehlak norması açıqlanıb Bu gün, 18:48 Kabildə keçirilən sərgidə 400 milyon dollarlıq sazişlər imzalanıb Bu gün, 18:48 Biləsuvarda bir neçə avtomobil toqquşdu: Ölən var Bu gün, 18:48 Sabah Culfanın 13 kəndində işıq olmayacaq Bu gün, 18:48 Heyvanlara işgəncəyə görə hansı cəzalar nəzərdə tutulur? Bu gün, 17:48 Azərbaycanın boks millisi Avropa çempionatında daha bir medal qazanıb Bu gün, 17:48 Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib Bu gün, 17:48 Pakistan ordusu Əfqanıstan sərhədində 12 silahlını zərərsizləşdirib Bu gün, 17:48 Tovuzda qadın dəm qazından boğularaq öldü Bu gün, 16:48 Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb Bu gün, 16:48 Həkim dərmandan ZƏHƏRLƏNDİ Bu gün, 16:48 Əməkdar jurnalist vəfat edib Bu gün, 16:48 Stiven Siqal dördüncü həyat yoldaşından ayrılıb Bu gün, 15:48 ABŞ qırıcısı yük gəmisini belə vurdu: CENTCOM-dan açıqlama Bu gün, 15:48 Otağa icazəsiz daxil olmaq üstündə mübahisə: Əkiz qardaşlardan biri bıçaqlandı Bu gün, 14:48 Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar Bu gün, 14:48 Türkiyədə əməliyyat: 73 nəfər həbs edildi Bu gün, 13:48 "Sabah" - "Slaviya" oyununu avstriyalı baş hakim idarə edəcək Bu gün, 13:48 İrəvanda atışma: İki nəfər yaralanıb Bu gün, 13:48 29 yaşlı şəxsin meyiti həyətindəki yarımtikilidə tapıldı Bu gün, 13:48 Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur? Bu gün, 12:48 Fərid Qayıbov: Sevindirici haldır ki, bizim də ultramarafonçularımız var Bu gün, 12:48 Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub Bu gün, 12:48 Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub Bu gün, 12:48 Qazaxda Gürcüstan vətəndaşı olan 73 yaşlı TIR sürücüsünün meyiti tapılıb Bu gün, 12:48 Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ Bu gün, 12:48 "Yandex"in data mərkəzinə növbəti PUA hücumu - Xidmətlər dayandı Bu gün, 11:48 25 yaşlı azərbaycanlı Polşada vəfat etdi Bu gün, 11:48 Xəyalə "Aşk-ı Memnu"dakı malikanədə ağladı Bu gün, 11:48 Beyləqanda avtomobil elektrik dirəyinə çırpılıb, cərəyan sürücünü vuraraq öldürüb Bu gün, 11:48 ABŞ Rusiyaya atəşkəs üçün 3 iqtisadi təklif irəli sürüb - DETALLAR Bu gün, 10:48 Gəncədə səs-küy salıb atasını yuxudan oyadan şəxs həbs olundu Bu gün, 10:48 Dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib Bu gün, 10:48 Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib Bu gün, 10:48 Azərbaycanda gənc futbolçu VƏFAT ETDİ Bu gün, 09:48 Ər-Riyad hava limanına hücum: 12 ölü, 309 yaralı Bu gün, 09:48 Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb Bu gün, 09:48 Misli Premyer Liqasında bu gün VII tura yekun vurulacaq Bu gün, 09:48 Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR