27-09-2023, 21:23 1334

Pakistanda “Vətən müharibəsi tarixi - Şəxsiyyət faktoru” adlı kitabın təqdimatı keçirilib

Pakistanda Anım Günü ilə bağlı tədbir təşkil olunub və “Vətən müharibəsi tarixi - Şəxsiyyət faktoru” adlı kitabın təqdimatı keçirilib.

Azərbaycanın Pakistandakı Səfirliyi bu ölkədə 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir təşkil edib, eləcə də “Vətən müharibəsi tarixi - Şəxsiyyət faktoru” adlı kitabın təqdimatını keçirib.

Səfirlikdən "AVESTA.AZ"a verilən məlumata görə, tədbirdə Pakistan Senatının Müdafiə Komitəsinin sədri Müşahid Hüseyn Seyid, senator Məhəmməd Talha Mahmud, xarici ölkələrin səfirləri və diplomatları, Pakistanın nüfuzlu ictimai-siyasi xadimləri, həmçinin bu ölkənin müxtəlif beyin mərkəzlərinin, universitetlərinin və KİV-lərinin nümayəndələri iştirak ediblər.

İlk olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Pakistan dövlət himnləri səsləndirilib.

Daha sonra 44 günlük Vətən Müharibəsini, Prezidenti İlham Əliyevin xalqa müraciətlərini, Azərbaycan xalqının qələbə sevincini, azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərini, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını özündə əks etdirən videoçarxlar nümayiş etdirilib.

Tədbirdə səfir Xəzər Fərhadov çıxış edərək 44 günlük Vətən müharibəsindən söhbət açıb. Səfir Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun 2020-ci ildə Ermənistanın 30 ilə yaxın davam edən təcavüz siyasətinə 44 gündə son qoyduğunu və ərazi bütövlüyümüzü təmin etdiyini diqqətə çatdırıb. X.Fərhadov müharibənin 2020-ci ildə başa çatmasına baxmayaraq, son 3 il ərzində Ermənistan tərəfindən törədilmiş çoxsaylı təxribatlardan danışıb və 300-dən artıq azərbaycanlının mina terrorunun qurbanı olduğunu vurğulayıb.

Səfir cari ilin 19 sentyabr tarixində Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ iqtisadi rayonunda erməni silahlı qüvvələri tərəfindən gözlənilən genişmiqyaslı təxribatların qarşısının alınması, habelə Üçtərəfli bəyanatın müddəalarının icrasının təmin olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhali, o cümlədən ərazidə aparılan bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri həyata keçirdiyini diqqətə çatdırıb. Görülən tədbirlərin hədəfinin qanunsuz hərbi birləşmələr və hərbi infrastrukturlar olduğunu bildirib. Səfir həmçinin Azərbaycan tərəfindən bölgədə sülhün bərqərar edilməsi, Qarabağda yaşayan erməni əsilli azərbaycan vətəndaşlarının ölkəmizə reinteqrasiyası barədə atdığı addımlarla bağlı məlumatları qonaqların diqqətinə çatdırıb.

X.Fərhadov azad edilmiş ərazilərdə ölkəmiz tərəfindən aparılan genişmiqyaslı bərpa və quruculuq işlərini xüsusi vurğulayaraq artıq keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışının təmin olunduğunu nəzərə çatdırıb. Azərbaycan-Pakistan münasibətlərinə toxunan səfir, Pakistanın Azərbaycana istər Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi dövrdə, istərsə də Vətən Müharibəsi dövründə göstərdiyi dəstəyi vurğulayaraq bu ölkənin hökumətinə və xalqına təşəkkürünü ifadə edib.

Çıxışında Qərbi Azərbaycan İcmasından söz açan səfir həmin İcmanın yaranma tarixindən və fəaliyyətindən də bəhs edib. İndiki Ermənistan ərazisindən azərbaycanlıların qovulmasının siyasi, hüquqi və humanitar ölçüsünə görə tarixdə misli-bərabəri olmayan ədalətsizlik olduğunu qeyd edib. İndiki Ermənistanda azərbaycanlılara məxsus olan tarixi və mədəni irsin, o cümlədən, məscidlərin və qəbiristanlıqların kütləvi şəkildə dağıdıldığını, yer adlarının dəyişdirildiyini, azərbaycanlılara qarşı sistematik xarakterli irqi ayrı seçkiliyin həyata keçirildiyini diqqətə çatdıraraq, azərbaycanlılara qarşı etnik təmizləmədə və digər cinayətlərdə iştirak etmiş şəxslərin və onların əməllərinin Ermənistanda dövlət səviyyəsində şöhrətləndirildiyini vurğulayıb. Həmçinin yurdlarından qovulmuş azərbaycanlıların beynəlxalq proses çərçivəsində öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına şərait yaradılmasının zəruriliyini və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarını təmin edilməli olduğunu diqqətə çatdırıb.

“Vətən müharibəsinin tarixi: Şəxsiyyət faktoru” kitabının təqdimatını edən səfir həmin kitab haqqında geniş məlumatları da qonaqların diqqətinə çatdırıb.

Tədbirdə çıxış edən Pakistan Senatının Müdafiə Komitəsinin sədri Müşahid Hüseyn Seyid, senator Məhəmməd Talha Mahmud və Pakistanın Ortaq Gələcəyə Malik Cəmiyyət Naminə Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəm Azərbaycanın öz torpaqlarını erməni işğalından azad etməsi münasibətilə Azərbaycan Hökumətini və xalqını təbrik ediblər və şəhidlərin xatirəsini ehtiramla yad ediblər. Azərbaycan torpaqlarınını işğaldan azad edilməsinin təkcə Azərbaycanın deyil, həm də ədalətin və beynəlxalq hüququn qələbəsi olduğunu diqqətə çatdırıblar. Çıxışçılar Azərbaycana baş tutmuş səfərlərini xatırlayaraq, iki qardaş ölkə arasındakı səmimi münasibətlərdən danışıblar və Pakistanın daima Azərbaycanı bütün platformalarda dəstəkləyəcəyini qeyd ediblər.

Tədbirin sonunda “Vətən müharibəsinin tarixi: Şəxsiyyət faktoru” kitabları qonaqlara təqdim olunub.

Paylaş

Xəbər lenti

SOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı Bu gün, 15:48 Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb Bu gün, 15:48 Günəşdə alışmaların sayı artıb - Alimlərdən XƏBƏRDARLIQ Bu gün, 15:48 Jurnalist Elnur Şükürov həbs edildi Bu gün, 15:48 FHN-də Zəfər Gününə həsr olunmuş tədbir keçirilib Bu gün, 15:48 İtaliya klubu Torreyra üçün hərəkətə keçməyə hazırlaşır Bu gün, 14:48 Məşhur aktrisa 88 yaşında vəfat etdi Bu gün, 14:48 Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb Bu gün, 14:48 İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub Bu gün, 14:48 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib Bu gün, 14:48 Bakıda yağışdan sonra bəzi küçələr gölməçəyə dönüb Bu gün, 14:48 Ərdoğan: Cənubi Qafqaz artıq əməkdaşlıq və inkişaf bölgəsi kimi tanınır Bu gün, 14:48 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub Bu gün, 14:48 Prezident Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib Bu gün, 13:48 Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib Bu gün, 13:48 Üçrəngli Bayrağın Naxçıvanda dövlət rəmzi qəbul edilməsi Azərbaycanda milli azadlıq hərəkatına təkan verdi - Rəy Bu gün, 13:48 Bakıda yağış fəsadlar törədib - Bəzi yolları su basıb Bu gün, 13:48 Yol polisindən yağışlı hava ilə bağlı MÜRACİƏT Bu gün, 13:48 Bayram günlərində metro fərqli işləyəcək Bu gün, 13:48 Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib - SƏRƏNCAM Bu gün, 13:48 8 Noyabr - tarixə yazılan "Zəfər möhürü" - DİN-dən videoçarx Bu gün, 12:48 İlham Əliyev Xankəndi stadionunun açılışında iştirak edib Bu gün, 12:48 Milli Qəhrəmanın səhhəti kəskin ağırlaşdı Bu gün, 12:48 Bakıda sərnişin avtobusu "Toyota" ilə toqquşub Bu gün, 12:48 İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub Bu gün, 12:48 Toral Bayramov öz qapısına qol vurub - VİDEO Bu gün, 11:48 Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb Bu gün, 11:48 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub Bu gün, 11:48 "ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri bu tarixlərdə işləməyəcək Bu gün, 11:48 Bahalı yağ, fətir və yuxa yeyən ailə xəstəxanalıq oldu Bu gün, 11:48 Azərbaycan gimnastı Selcan Mahsudova dünya çempionatında finala vəsiqə qazanıb Bu gün, 11:48 Dahi bəstəkar Tofiq Quliyevin anadan olmasından 109 il ötür Bu gün, 10:48 İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib Bu gün, 10:48 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə texniki planlaşdırmaya başlayıblar Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 107 dolları ötüb Bu gün, 10:48 Yol çəkmək istəyirdilər, 22 min kisə xəzinə tapdılar Bu gün, 10:48 Zəfərdən Şuşaya uzanan yol: AAYDA-dan 8 Noyabra həsr olunmuş təsirli videoçarx Bu gün, 10:48 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb Bu gün, 09:48 Ronaldo millidən ayrılmasaydı heyətə çağırılacaqdı? - Baş məşqçi açıqlayıb Bu gün, 09:48 Misli Premyer Liqasında bu gün iki oyun keçiriləcək Bu gün, 09:48 Koronavirusun yeni ştammı: Güclü boğaz ağrısı və uzunmüddətli halsızlıq yaradır Bu gün, 09:48 Qazaxda gənclərin davası qanla bitdi Bu gün, 09:48 "Baku TV" kollektivi peşə bayramını və Zəfər Gününü qeyd edib Bu gün, 00:48 Tramp Ağ Evə yeni aparat rəhbəri təyin etdi Bu gün, 00:48 "Yoxa çıxmış sivilizasiya"nın daha bir tapıntısı: Oğruca kəndi Bu gün, 00:48 Bərdənin raket atəşinə tutulmasından 6 il ötür Bu gün, 00:48 Zəfər yolunun açılışından 5 il ötür – Şuşaya aparan tarixi yol Bu gün, 00:48 Ağdaşın bir sıra ərazilərində qaz kəsilib Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR