
Şəmkir rayon Qapanlı kəndində 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, kiçiktutumlu yük maşının idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində 2 nəfər aldıqları xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Onların kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.